Yuxarı

Azərbaycanda yeni duz yataqları açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır.

Bu barədə Trend-ə Naxçıvan Duz İstehsalı MMC-nin direktoru Anar Əsədullayev bildirib.

Direktorun sözlərinə görə, işlərə gələn ildən başlamaq planlaşdırılır: "İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq".

O bildirib ki, MMC-nin orta müddətli planlarına Naxçıvan duzunun satışı üzrə yeni mərkəzlərin açılışı daxildir: "Satışların əsas mərkəzi Bərdədə yerləşir, amma biz həmçinin yaxın yarım ildə satış nöqtələrinin şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Hesablamalarımıza görə, belə mərkəzlərin daha çox Azərbaycanın şimal və cənub regionlarında açılması gözlənilir".

Qeyd edək ki, Naxçıvan Duz İstehsalı MMC xörək duzu və texniki duz istehsal edir.

Tarix
2018.12.09 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla