Yuxarı

Rufiz Qonaqov yeni kitabını təqdim etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:41

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbiri açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov əsası ulu öndər tərəfindən qoyulan enerji siyasətinin uğurlarını qeyd edərək kitabın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov kitabın çox mühüm bir məsələyə həsr olunduğunu bildirib. Onun sözlərinə görə kitabın ən mühüm əhəmiyyəti ondadır ki, oxucuya çox mühüm tezislər və ismarışlar verir. Onun sözlərinə görə, bugünkü dünyada dövlətin fövqəldövlətliliyini enerji mənbələrinə və infrastrukturuna malik olması müəyyən edir:

“Kitabda çox maraqlı təhlillərdən biri də enerji ixracı məsələsində Azərbaycanın Rusiya ilə rəqib olacağına dair ermənipərəst dairələrin yaratdığı ajiotaja cavab verilir, faktlarla izah edilir”.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Xəzər regionunun enerji resursları üstündə müxtəlif güclərin hər zaman mübarizə apardıqlarını vurğulayıb.

Xəzərin statusu ilə bağlı illərlə danışıqlar aparıldığını qeyd edən S.Novruzov kitabın çox önəmli məsələlərə aydınlıq gətirdiyini bildirib.

Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə çıxışında ölkəmizin iqtisadi müstəqilliyinin bilavasitə enerji siyasəti ilə bağlı olduğunu bildirib:

“Əsrin müqaviləsini bağlayanda bizim valyuta ehtiyatımız çox az idi, indi isə 45 milyard dollardır. Heydər Əliyevin nüfuzu, danışıqlarda prinsipial mövqeyi bizim enerji siyasətimizdəki uğurların əsasını təşkil edir”.

Sonda çıxış edən Rufiz Qonaqov ali təhsil aldığı akademiyada olmaqdan məmnunluğunu bildirib:

“Biz ən qısa zamanda çalışacağıq ki, kitabı rus və ingilis dillərinə də tərcümə edək və onu dünya kitabxanalarına göndərək. Mən hörmətli professor Əli Həsənova öz minnətdarlığımı bildirirəm ki, o, işinin çoxluğuna rəğmən vaxt taparaq kitabın elmi redaktoru oldu. Digər rəyçilərə, bütün çıxış edənlərə, səfirlərə minnətdarlığımı bildirəm. Mən etimadı doğrultmağa çalışdım və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalandığı 2018-ci ildə bu kitabı sizə təqdim edirəm”.

Tarix
2018.12.10 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla