Yuxarı

Komitə sədri hindistanlı səfirlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-ley­tenantı Səfər Mehdiyev Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

Komitədən Axar.az-a verilən məlumata görə, səfiri səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin dah da inkişaf etdiril­mə­sin­də maraqlı olduğunu vurğulayıb.

Komitə sədri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öl­kədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektoru­nun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisa­diy­yatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Azərbaycan və Hindistan arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diq­qətə çatdıran Komitə sədri, həmçinin ticarət əməkdaşlığının genişləndiyini, bu əla­qələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düş­düyünü bildirib. Səfər Mehdiyev hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləş­dirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycan və Hindistanın tarixi əlaqələrə malik olduğunu vurğulayıb.

Səfir Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük xidmətində inkişafa nail olunduğunu deyib, iqtisadi sahədə, eləcə də gömrük işi sahəsində Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bölüşüb. Azərbaycan və Hindistan ara­sında qarşılıqlı əlaqələrin genişləndiyini deyən Sanjay Rana, bu əməkdaşlığın bir çox sahədə, eləcə də gömrük sahəsində böyük potensiala malik olduğunu söyləyib.

Görüşdə, yaxın zamanlarda imzalanması gözlənilən “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə geniş fikir müba­di­lə­sinin aparıldığı görüşdə gömrük sistemində informasiya-kommunikasiya texno­lo­giyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi, gömrük hüquq­pozmalarına qarşı mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Tarix
2018.12.10 / 14:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla