Yuxarı

"Azercell" könüllü gənclərlə həmrəy oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan Azercell Telekom MMC daha bir əmək yarmarkasına qatılıb. Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı tədbir çərçivəsində təşkil olunan əmək yarmarkasında "Azercell" növbəti dəfə gənclərə dəstək olub. Bakı Konqres Mərkəzində baş tutan sərgidə ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkatının üzvləri iştirak edib.

Axar.az xəbər verir ki, Azercell Telekom MMC-nin İnsan Resursları Departamentinin əməkdaşları şirkətdə mövcud olan vakansiyalar barədə gəncləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablayıblar, işə qəbul qaydaları, həmçinin, şirkətdə karyera qurmaq imkanlarından da bəhs ediblər. Qeyd edək ki, "Azercell" fəaliyyətə başladığı andan etibarən İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir tələblərə uyğundur. "Azercell" əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadiləsi imkanları yaradır. Hazırda "Azercell"in bütün ofislərində işçilər Ətraf Mühit və Təhlükəsizik, İlkin Tibbi Yardım, Yanğından Mühafizə təlimləri ilə bilgiləndirilir, həmçinin sağlamlıqla əlaqəli aksiyalarda (vaksinasiya, qan testi və s.) fəal iştirak edirlər. Ümumiyyətlə, "Azercell" işəgötürən şirkət kimi hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan "Azercell" artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib. ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə Azercell ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, ”Ernst & Young Azerbaijan” şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən "Azercell"i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, "Azercell" ölkədə və MDB məkanında beynəlxalq “İnvestors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.12.10 / 16:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla