Yuxarı

DGK-da insan alverinə qarşı mübarizədən danışıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Komitədən Axar.az-a verilən məlumata görə, görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının eksperti Alina Braşoveanu, layihə məmuru Mariya Nikolovska və digərləri iştirak edib.

Görüşün məqsədi Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan hökumətinə dəstək vermək, rəy və təkliflər hazırlamaqdır.

Görüşdə 2014-2018-ci illəri əhatə edən hazırkı və başa çatmaqda olan Milli Fəaliyyət Planında Dövlət Gömrük Komitəsinin məsul icraçı olduğu fəaliyyət istiqamətləri, insan alverçilərinin, insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Tarix
2018.12.11 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla