Yuxarı

Bilik Fondu anım tədbirləri təşkil etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilik Fondu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda keçirilən tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında baş tutub.

Axar.az xəbər verir ki, icra hakimiyyətinin təmsiçiləri, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları və hakim partiya üzvlərinin iştirakı ilə gerçəkləşən tədbirdən öncə təşkilatın sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov Bilik Fondunun nümayəndələri ilə görüşərək, qurumun həyata keçirdiyi layihələri yaxından izlədiyini və əhalinin maarifləndirilməsi işinə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev tədbirdə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin xalqın rifahı, vətənin çiçəklənməsi, dövlətin möhkəmlənməsi naminə göstərdiyi böyük xidmətlərindən danışıblar.

Bildirilib ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasının, xalqın dövlətə inamının, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dövlətimizi beynəlxalq arenada söz sahibinə çevirib.

Görüşdə Fondun Lektorlar Qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun ssenari müəllifi olduğu, “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zaman və lider” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra M.Qəribov “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edib.

Natiq müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verib.

Həmin gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Heydər Əliyevin tarixləşmiş şərəfli ömür yolu” mövzusunda elmi-nəzəri konfrans keçirilirilib.

Bilik Fondu və Pedaqoji Universitetin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Filialın direktoru Rafiq Rəsulov, elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyev, Fondun Şəki şəhəri üzrə nümayəndəsi, 7 saylı tam orta məktəbin direktoru Bəkir Xəlilov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolundan, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər.

Konfransda, həmçinin, “Heydər Əliyev və davamlı inkişaf strategiyası”, “Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda təhsil islahatları”, “Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin təşəkkülü” mövzularında məruzə və çıxışlar dinlənilib.

Ağsu, Astara, Ağdaş Bilik Evlərinin təşkilatçılığı ilə məktəblilər Heydər Əliyev Mərkəzlərinə ekskursiya ediblər. Yerlərdə təşkil olunmuş maarifləndirici mühazirələrdə ziyarətçilərə dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumatlar verilib, sənədli filmlər nümayiş etdirilib. Bilirilib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi Ulu öndərin adı ilə bağlıdır.

Qarabağ və Ağsrafa Regional Bilik Evlərinin təşkilatçılığı ilə yerli gənclər Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ulu öndərin anım günü ilə əlaqədar açıq dərslər keçirilib. Rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirlərdə Heydər Əliyevin dövlətçilik tariximizdəki yeri, misilsiz xidmətləri yad edilib, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Dahi şəxsiyyətin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı uğrunda misilsiz xidmətlərinə həsr olunmuş maarifləndirici tədbirlər Bilik Fondunun şəhər və rayon nümayəndələrinin rəhbərlik etdikləri təhsil müəssisələrində də keçirilib.

Bu günlərdə Fondun dəstəyi ilə Oğuz, Qax, Nardaran və Şəmkir Bilik Evlərində də Ümummilli liderin anım günü ilə bağlı silsilə maarifləndirici mühazirələr, yerli əhali ilə ziyalıların görüşləri təşkil olunacaq, Ulu öndərin əziz xatirəsi ehtiramla yad ediləcək.

Tarix
2018.12.11 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla