Yuxarı

Həkimlər yazmağı qadağan etdiyi üçün… - Qənirə Paşayeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz Feysbuk hesabında yazıb. Millət vəkili qeyd ki, hər iki əlində karpal tunel sindromu diaqnozu ilə keçirdiyi əməliyyatdan həkimlər bir neçə gün telefonla danışmağı, mesaj yazmağı qadağan ediblər:

“Həkimlər keçirdiyim əməliyyatdan dolayı bir neçə gün telefonla danışmağın, mesaj yazmağın mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə, mesajlarınıza cavab verə bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdı. Hər birinizə minnətdaram”.

Millət vəkili qeyd edib ki, təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər:

“İnanıram ki, Yaradanın izni və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə bir müddət öncə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.

Tarix
2018.12.12 / 14:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla