Yuxarı

75 evin və bazarın “qurban getdiyi” yol tamamlanır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərifzadə küçəsi ilə Xarici Dairəvi yolu birləşdirəcək ümumşəhər əhəmiyyətli yolun tikintisi yekunlaşmaq üzrədir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, yolda bütün işlər yaxın müddətdə yekunlaşacaq və 75 yaşayış evinin sökülməsi hesabına genişləndirilən yol növbəti ildən istifadəyə veriləcək.

Xatırladaq ki, Şərifzadə küçəsi ilə Xarici Dairəvi yolu birləşdirəcək bu yolun uzunluğu 1310 metr, eni isə 4 zolaqdan ibarət olacaq.

Yolda 180 metr uzunluğunda tunel, ərazidə yerləşən evlərin sakinlərinin Şərifzadə və Xarici Dairəvi yola rahat çıxışını təmin etmək üçün isə uzunluğu 300 metr olan əlavə yol salınıb.

Yolda aparılan təmirlə əlaqədar Bakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb.

Tarix
2018.12.13 / 13:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla