Yuxarı

Taksilərdə siqaret çəkildiyi necə müəyyən ediləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksidə siqaret istifadəsilə bağlı tətbiq edilən cərimələrin şəxsi avtomobillərə heç bir aidiyyəti yoxdur. Şəxsi avtomobildə siqaret çəkənlər deyil, çəkilmiş siqaretin kötüyünü yerə atan şəxslər cərimələnəcək.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı İnzibati Xətralar Məcəlləsinin 322 və 212.4-cü maddələrinə edilən düzəlişlə bağlı məlum olmayan məqamlara aydınlıq gətirərkən bildirib.

Ekspert bildirib ki, taksidə siqaret çəkən sürücü və sərnişin üçün cərimə müəyyən edilsə də, şəxsi avtomobildə ancaq siqaret kötüyünü yerə atan şəxsə cərimə tətbiq ediləcək.

E.Muradlı bildirib ki, bu hələlik tətbiqi mümkün olmayan məsələdir:

“Taksidə siqaret çəkməyə görə sərnişin və sürücü 40-50 manat arası cərimə olunur. Ancaq sürücü onu çəkib yerə atır və bu zaman xətası aşkar olunursa, sürücüyə 40 manat cərimə yazılır, sərnişin yerə atarkən müəyyən edilirsə, 30 manat cərimələnir. Ancaq şəxsi avtomobildə siqaret çəkməyə görə cərimə nəzərdə tutulmayıb. Ancaq aşkar edilsə ki, sürücü siqaretin kötüyünü yerə atdı, bu zaman 40 manat cərimələnir. Bu hal küçədə müəyyən edilsə, cərimənin məbləği 50 manat olur. Ancaq bu mexanizmi aydın olmayan bir məsələdir. Məlum deyil ki, bunu necə müəyyən edəcəklər, necə sübuit edəcəklər ki, bunu filan maşından sərnişin, ya sürücü atdı. Bunu kameralarmı müəyyən edəcək, ya şəklini çəkəcəklər, bilinmir. Bütün bunlar sürücülərlə polislər arasında gərginliyə səbəb olacaq”.

E.Muradlı hesab edir ki, məcəlləyə dəyişiklik tütün məhsulları ilə bağlı qəbul edilən qanundan qaynaqlanıb. Ancaq bu dəyişikliklə nəyəsə nail olmaq mümkün olmayacaq:

“Buna kim və hansı formada nəzarət edəcək, aydın deyil. Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası yollarda, Bakı Nəqliyyat Agentliyi Bakı şəhəri üzrə taksilərəmi nəzarət edəcək? Mən çox istəyərdim taksilərdənsə, avtobuslarda sürücülərin siqaret istifadəsilə bağlı müəyyən addımlar atılsın. Buna avtobuslarda quraşdırılan kameralar vasitəsilə də nəzarət etmək mümkündür. Taksilərdə isə olduqca çətindir”.

Tarix
2018.12.13 / 14:35
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla