Yuxarı

Azərbaycan və Rusiya gömrükçüləri arasında işçi görüşü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də Rusiya Federasiyasının Dərbənd şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Rusiya nümayəndə heyətinə Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsi rəisinin səlahiyyətlərini icra edən Hacıramazan İslamov rəhbərlik edib.

Görüşdə iki ölkənin dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və şəxslərin sərhədkeçmə prosesinin tənzimlənməsinə, qarşılıqlı əlaqələrə dair məsələlər müzakirə olunub.

Bundan başqa, görüşdə sərhəddən keçən şəxslər, nəqliyyat vasitələri, mallar və yüklərə dair qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və digər məsələlər müzakirə edilib.

Sonda tərəflər arasında işçi görüşün protokolu imzalanıb.

Tarix
2018.12.14 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla