Yuxarı

“Azercell” mağazalarında xidmət keyfiyyətini artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC diler və xidmət şəbəkəsini daim təkmilləşdirir və inkişaf etdirir.

Axar.az xəbər verir ki, göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən “Azercell” şirkəti yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Şirkət hər il bütün diler və mağaza rəhbərlərini bir araya gətirərək, cari ilin nəticələri, abunəçilərə göstərilən xidmətin keyfiyyəti və gələcək perspektivlərin müzakirəsi ilə bağlı görüş təşkil edir. Bu il isə belə bir tədbir Qəbələ şəhərində baş tutub. Tədbirdə bütün Bakı və Region dilerləri və Eksklüziv mağazalarının nümayəndəlikləri iştirak edib. Görüşdə 2019-cu ildə xidmət keyfiyyətinin artırılması üçün təklif və tövsiyələr səsləndirilib. Görüş iştirakçıları üçün Türkiyədən dəvət olunan peşəkar satış mütəxəssisi seminar keçib. Qeyd edək ki, “Azercell”in diler mağazasında çalışan əməkdaşlara davamlı olaraq Azercell Akademiyası tərəfindən təlimlər təşkil edilir, eləcə də, xaricdən dəvət olunan peşəkarlar müştəri məmnuniyyəti və satış üzrə xüsusi seminarlar keçirlər.

Nəzərinizə çatdıraq ki, hazırda “Azercell” abunəçilərini daim yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün Bakıda 138, bölgələrdə 168 diler, ümumilikdə isə 19 Eksklüziv mağazası fəaliyyət göstərir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.12.17 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla