Yuxarı

“Bakcell” açıqladı: yeni telefon gəlir – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin Bakıda daha bir satış və xidmət mərkəzinin açılışı olub.

Axar.az xəbər verir ki, açılış mərasimində çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bu mağazanın tamamilə yeni konsepsiyada və daha çox interaktiv elementlərlə tərtib olunduğunu bildirib.

O, ilin sonuna kimi bu mağazadan telefon alan hər bir şəxsə şirkət tərəfindən hədiyyələr təqdim ediləcəyini deyib:

“Bakcell” yeni konsepsiyası ilə sizi təəccübləndirəcək. Mağazamızın tərtibatı tamamilə yenidir. Ümid edirəm, yeni konsepsiya satışlara da öz təsirini göstərəcək. Biz çalışacağıq ki, gələcəkdə bütün mağazalarımızı yeniləyək. Bundan başqa, ilin sonuna kimi yeni mağazamızdan telefon alan şəxslər 2019-cu ilin sonuna kimi şəbəkədaxili pulsuz zəngdən və meqabaytlarla dolu internetdən yararlana biləcəklər”.

Şirkət direktoru gələn il Bakcell MMC-nin yeni mobil telefonunun satışa çıxarılacağını da bildirib:

“Gələn ilin birinci rübündə mobil telefonumuzu müştərilərə təqdim etməyi planlaşdırırıq. Telefon bütün müasir funksiyalara malik olacaq və çox sərfəli qiymətə satışa çıxarılacaq”.

Tarix
2018.12.18 / 15:34
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla