Yuxarı

Bir ayda 2263 qanunsuzluq - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin noyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və digər məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2263 vergi ödəyicisinin qanunvericiliyi pozması faktları aşkar edilib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bildirilib ki, 1255 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 343 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərdiyi müəyyənləşdirilib.

Operativ nəzarət tədbirləri zamanı 315 vergi ödəyicisi tərəfindən 504 fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 84 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 58 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 670 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb (Azərtac).

Tarix
2013.12.05 / 08:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla