Yuxarı

Xaricdən alınan telefonların qeydiyyatı pullu olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəyə gətirilən mobil cihazların qeydiyyatı bundan sonra ödənişli şəkildə təşkil ediləcək.

Rabitə və Yüksək texnologiyaloar nazirliyindən Axar.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatında dəyişiklik edilib.

Belə ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı - 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı - 0.20 manata olacaq. Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı www.e-gov.az vəwww.imei.az saytları vasitəsilə, eləcə də poçt şöbələri tərəfindən aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılmış və 2 (iki) iş günündən 24 saat müddətinə endirilib.

Qeyd olunan məsələlərlə əlaqədar bir çox ölkələrin, o cümlədən Türkiyə Respublikasının mövcud təcrübəsi öyrənilərək nəzərə alınıb. Belə ki, Türkiyədə şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazların IMEI nömrələrinin qeydiyyatının aparılması üçün 119.5 TL (təxminən 43 manat), topdansatış məqsədilə idxal edilən mobil cihazların qeydiyyatı üçün isə 46 Kr (təxminən 0.16 man) vəsait ödənilir.

Qeyd edək ki, mövcud qaydalara əsasən, ölkə ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.

Tarix
2014.11.01 / 01:51
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla