Yuxarı

Hesab.az saytı 1 manatla milyonçu olmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DəmirBank plastik kartları ilə Hesab.az saytında kommunal ödənişlər etmək istəyən müştərilər xoşagəlməz hal ilə üzləşib.

Axar.az xəbər verir ki, müştərilər Hesab.az saytı vasitəsilə kommunal ödənişləri həyata keçirərkən ödədiyi məbləğin miqdarından asılı olmayaraq 1 AZN komissiya haqqı ödəməli olub.

Bu fakt Hesab.az saytının özündə də qeyd olaraq yerləşdirilib:

"Artıq DəmirBank müştəriləri öz kredit ödənişlərini Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan www.hesab.az vasitəsilə vaxt itirmədən, istənilən vaxt, olduqları məkandan asılı olmayaraq daha rahat ödəyə və DəmirTaksit kartları, kredit kartları və nağd pul krediti üçün onlayn müraciət edə bilərlər. Həmçinin ödəniş zamanı bonuslar qazanıb dəyərli hədiyyələrə sahib ola bilərlər! Məbləğindən asılı olmayaraq ödənişlər zamanı 1 AZN komissiya tutulacaq".

Maraqlı məqam isə ondan ibarətdir ki, 0.50 AZN-lik ödəniş edən vətəndaşdan belə 1 AZN komissiya haqqı tutulur.

Məsələ ilə əlaqədar Dəmirbankdan Axar.az-a bildirdilər ki, hər ödənişə görə vətəndaşdan 1 AZN komissiya haqqının tutulması Hesab.az saytının tətbiq etdiyi tarifdir:

"DəmirBank müştəriləri bizim sayt və ya başqa vasitələrlə ödəniş etdiyi zaman heç bir əlavə komissiya tutulmur. Tutulan 1 manat komissiya ancaq Hesab.az saytı vasitəsilə edilən ödənişlərə aiddir. Bu Hesab.az saytının tətbiq etdiyi tarifdir. Tutulan komissiya haqqının miqdarının bu qədər olmasını da onlar özləri müəyyən ediblər. Bu qaydanı DəmirBank tətbiq etməyib və bunun bankla heç bir əlaqəsi yoxdur".

Tarix
2014.11.01 / 08:30
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla