Yuxarı

2020-ci ildə bizi internetə 4 qurğu birləşdirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin sonunda dünyada internetə qoşulmuş 12 milyard qurğudan istifadə olunacaq.

Bu, Yer kürəsi əhalisinin hər birinə nisbətdə 1,7 qurğu deməkdir. Bu barədə "Strategy Analytics" analitik şirkətinin hesabatında deyilir. Şirkətin proqnozuna görə, 2020-ci ildə bu göstərici 33 milyard qurğuyadək və ya planet əhalisinin hər biri üçün 4,3 internet qurğusunadək artacaq.

Analitiklərin fikrincə, daha çox artım "Əşyalar interneti"ndə - insan müdaxiləsi olmadan işləyən ötürücülər (М2М) seqmentində qeydə alınacaq. Yayılmasına görə ikinci və üçüncü yerdə smartfonlar və "ağıllı" ev qurğuları qərarlaşacaq. "Strategy Analytics" qeyd edib ki, internetə fərdi kompüter, smartfon və planşet kimi qoşulan ənənəvi qurğu növləri internet qurğularının ümumi həcminin üçdə bir hissəsini təşkil edəcək.

"Hələ 2007-ci ildə internet qurğularının üçdə iki hissəsi fərdi kompüterlərin payına düşürdü, hazırda isə bu göstərici 10 faizə bərabərdir", - "Strategy Analytics"in baş analitiki Devid Merser qeyd edib.

Ekspertlərin qənaətinə görə, 2020-ci ilədək olan dövrdə bazara 17,6 milyard yeni kateqoriyalı internet qurğusu çıxarılacaq. Artan "Əşyalar interneti" seqmenti "М2М"-in, intellektual obyektlərin, şəbəkə və şəhərlərin inkişafına əhəmiyyətli təsir göstərəcək.

"Əşyalar interneti"nə artıq beş milyard qurğu qoşulub və biz bu inqilabın yalnız başlanğıcındayıq. "Ağıllı" şəhərlər və intellektual şəbəkələr "Əşyalar interneti" vasitəsilə yaxın illər və onilliklər ərzində hamının həyatına təsir göstərəcək iki üsuldur", - şirkətin icraçı direktoru Endryu Braun vurğulayıb

Tarix
2014.11.01 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla