Yuxarı

Havalar kəskin soyuyacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, aradabir yağış yağacaq, gecəyə doğru yağıntılı olacaq, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru isə 5 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Tarix
2014.11.01 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla