Yuxarı

Ali təhsillilərə ailə quranda yardım edilsin – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çıxışı birbaşa Azərbaycanın milli maraqlarına, dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycan xalqının gələcəyinə hesablanıb".

Bu fikirləri mətbuata acıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Ramiz Mehdiyev təcrübəli dövlət adamı kimi cəmiyyətdə baş verən neqativ halları görür və bu məsələləri geniş içtimai müzakirəyə çıxarıb:

"Çox müsbət haldır ki, bu məsələ cəmiyyətin bütün təbəqələrində geniş müzakirə olunmaqdadır. Çox vaxt səsləndirlər ki, problem varsa, bunu niyə həll etmirlər? Təcrübəli dövlət adamı odur ki, nəyi bağlı qapılar arxasında göstəriş və sərəncamla, nəyi ictimai müzakirəyə çıxarmaqla həll etməyin mümkünlüyünü bir-birindən fərqləndirə bilir. Həqiqətən də sadalanan nöqsanlar mövcuddur. Bəzi bölgələrdə qız uşaqlarını təhsildən yayındırırlar, hətta yuxarı siniflərə buraxılmasının sanki əxlaqa zidd olduğunu düşünürlər. Bu problemi ictimai müzakirəyə çıxartmaqla, qınaq obyetinə çevirməklə həll etmək olar. Həmçinin də bununla yanaşı inzibati addımlar olmalıdır. Xarici ölkələrin təcrübəsində var ki, ali savadlı xanımlarla evlənənlərə dövlət bir neçə dəfə artıq yardım edir. Avstraliyada qız uşaqlarını məktəbə buraxmayan ailələr dövlət güzəştlərindən məhrum edilir. Bu cür yollara da əl atıla bilər".

BAXCP sədrinin müavini həmçinin də ölkədə kadr çatışmazlığı haqqında deyilən fikirlərin doğru olduğunu bildirib:

"Hörmətli Ramiz Mehdiyev yüksək ixtisaslı, xarici dilləri bilən, peşəkar kadrlara diqqət çəkib. Bunun üçün universitetlərimizin səviyyəsi qaldırılmalıdır. Köklü islahatlar aparılmalı, universitetlər özəlləşdirilməli, təhsil kreditləri verilməlidir. Bizdə universitetlərdə təhsilin əsas hissəsi pulludur. Bunu özəlləşdirmək lazımdır. Əvvəla, universitet dövlət büdcəsinə pul ödəyəcək, dövlət də ağır yükdən azad olacaq. Bu zaman universitetlərə dövlətin ayırdığı maliyyə orta məktəblərdə tədrisin keyfiyyətli olmasına istiqamətlənə bilər".

Tarix
2014.11.01 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

İlham Əliyevin Rusiyaya səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla