Yuxarı

Axar.az-ın 1 yaşı tamam oldu - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən ölkə mediasının ciddi və populyar saytlarından biri hesab edilən Axar.az özünün 1 yaşını qeyd edib.

Tədbir "Neon" şadlıq sarayında baş tutub.

Tədbiri giriş sözüylə açan saytın baş redaktoru Anar Niftəliyev bu günə qədər saytın keçdiyi əziyyətli yolla bağlı qonaqları məlumatlandırıb. O, bu keşməkeşli yolda onunla bir yerdə olan saytın kollektivinə və saytın təsisçisi Aynur Camalqızına minnətdarlığını bildirib. Baş redaktor həmçinin Axar.az-ın uğur qazanmasını kollektivin gecə-gündüz yorulmadan çalışması və peşəkarlılqla əsaslandırıb. A.Niftəliyev həmçinin yarandığı gündən etibarən Axar.az-a dəstəyini əsirgəməyən "Musavat.com", "Qaynar.info", "Aznews.az" saytlarına və onların rəhbərlərinə minnətdarlığını bildirib.

"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızının təbrik nitqindən sonra söz qonaqlara verilib.
Tədbirdə baş redaktorlar Xalid Kazımlı, Salam Sarvan, Şəmşad Ağa, Anar Yusifoğlu, Elçin Zahiroğlu, Taleh Şahsuvarlı, Amil Hacıyev, Zahid Nurəliyev, Telman Məmmədli, saytın ilk əməkdaşlarından olan yazar Sona Yaqubova, həmçinin Niyaməddin Orduxanlı və digərləri Axar.az-ı təbrik edib, qısa müddətdə ölkənin sayılıb-seçilən saytına çevrilən, ciddi uğurlara imza atan xəbər portalına daha böyük uğurlar arzulayıblar.

Saytın redaktoru Pərviz Cəbrayıl öz çıxışında ən böyük uğurlarının belə səmimi ailə kollektivi yarada bildikləri olduğunu bildirib.

Tədbir boyunca müxtəlif interaktiv oyunlar keçirilib. Qaliblərə hədiyyələr verilib.

Daha sonra isə Aynur xanım Axar.az-ın 1 yaşı üçün hazırlanmış tortu kollektivin və qonaqların iştirakı ilə kəsib.

Tarix
2014.11.02 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla