Yuxarı

Azərbaycan yolları qana boyandı: 8 ölü, 10 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın ilk günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 8 nəfərin həyatına son qoyub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 1-də ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 8 nəfərdən başqa 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən qəzalardan 3-ü paytaxtda baş verib. Nizami rayonu ərazisində sərnişin avtobusu 2 nəfəri vurub öldürüb. Digər iki qəza isə Suraxanıda baş verib. Yeni Suraxanıda "Ford" və "Renault"un toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. Yeni Günəşlidə isə "VAZ 2107"nin vurduğu piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümlə nəticələnən digər qəzalar Göygöl, Ağstafa, Şəmkir və Gəncənin Nizami rayonunda olub.

Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.

Tarix
2014.11.02 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla