Yuxarı

Bağırov təkbaşına Qaçaq Məmmədlə görüşə nədən getdi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin əvvəllərində Gəncəbasarda məşhur isimlərdən olan Qaçaq Məmmədqasımın Azərbaycanı tərk etməsi ilə bağlı maraqlı hadisə danışılır.

1920-ci il Gəncə üsyanın fəal iştirakçılarından və rəhbərlərindən olan Qaçaq Məmmədqasım üsyan yatırıldıqdan sonra da dağlara çəkilib mübarizəsini davam etdirirmiş. Həmin ərəfədə ÇK-nın rəhbəri olan Mir Cəfər Bağırov Kürün o tayında, Eldar meşələrində məskən salmış Qaçaq Məmmədqasımla şəxsən özü döyüşmək qərarına gəlir.

Bağırov kiçik bir dəstə ilə onun arxasınca gedir. Kür körpüsünün bu üzündən Məmmədqasıma xəbər gündərir ki, sənin görüşünə özüm gəlmişəm: atışmaq, dava etmək, qan tökmək lazım deyil, kişi kimi qabaq-qabağa söhbət edək.

Mir Cəfər başının dəstəsini, silahını bu üzdə qoyub, əliyalın Kürü o taya keçir. Qaçaq Məmmədqasım danışığa gələn Mir Cəfəri səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım adamlarına tapşırır ki, Bağırov bizimlə çörək kəssə, onunla söhbət edəcəyik, yox, özünü təkəbbürlü aparsa, davamız davadır.

Süfrə açılır. Bağırov hamıdan əvvəl ilk qisməti əlinə götürür. Bağırovun bütün hərəkətləri - silahsız, adamsız Kürü tək keçib gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı təəccübləndirir, onun qoçaq və qorxmaz olduğuna inanır. Ona görə də söhbət səmimi keçir.

Mir Cəfər Bağırov deyir:

- Məmmədqasım, indi biz bir millətin övladı, qardaş kimi açıq söhbət edə bilərik. Bilirəm ki, sən xalqın düşməni deyilsən. Ancaq apardığın bu savaşda ziyan sadə insanlara dəyir. Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən, demək, yaşamaq üçün istər-istəməz yol kəsməlisən, kimlərisə talamalısan, xalqın ununu, dənini, malını qoyununu örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt. Gəl, səni Gəncəbasarda bir rayona milis şöbəsinin rəisi qoyum.

Məmmədhəsən isə razılaşmır:

- Mir Cəfər, bütün bu qiymətli təkliflərinə görə çox sağ ol. Məni hansı bir vəzifəyə qoyursansa qoy, düşmənlərim məni rahat buraxmayacaq. Mənə başqa çıxış yolu de.

Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç, özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç...

Bu hadisədən sonra Qaçaq Məmmədqasım kiçik bir dəstə ilə Türkiyəyə keçir.

Tarix
2014.11.03 / 11:41
Müəllif
Araz Vəliyev
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla