Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Sentyabr 2018


Qənirə Paşayeva mükafat aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevaya İsmayıl bəy Qaspırallı İnsan Haqları mükafatı verilib.

Axar.az xəbər verir ki, Türkiyənin Bartın bölgəsində YUNESKO, Bartın Valiliyi, Bartın Universiteti, Türkdilli Ölkələr Beynəlxalq Jurnalistlər Dərnəyi tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat qurumları və alimlər iştirak ediblər.

Türk dünyasından tanınmış siyasətçilərin və media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsi zamanı Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin müşaviri, tanınmış ziyalı, yazar və jurnalist Ata Atun bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklər və türk xalqlarına əlindən gələn dəstəyi göstərir və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bğlgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti bu mükafatın ona verilməsi haqqında qərar qəbul edib.

Millət vəkili Qənirə Paşayeva ilə bərabər daha 4 nəfər - Krım tatarlarının lideri Mustafa Cəmilov, Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, İraq Türkmən Cəbhəsinin lideri və Kərkük millət vəkili Ərşad Salihi və Suriya Türkmən Məclisinin sədri Əbdürrəhman Mustafa bu mükafata layiq görülüb.

İsmayıl Qaspıralı Gazetecilik və İnsan Haqları xüsusi mükafatı isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dərviş Eroğluna verilib. Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı göy-mavi rəngli Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə Paşayeva "dildə, fikirdə, işdə birlik" deyərək bu gün də bütün türk dünyasını birlik və bərabərıliyə səsləyən İsmail Bəy Qaspırallı İnsan Haqları mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğulayıb:

"Mən bu mükafatı bu gün mənim burada ola bilməm üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, fədakarcasına çalışan böyük dövlət adamlarımız və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm".

Qeyd edək ki, tədbirdə Türk dünyasının hər tərəfindən bir sıra mediya qurumları o cümlədən AZTV, Azərbaycan Yazıçılar Birliyi və qurumun mətbuat katibi, şair-jurnalist Xəyal Rza da müxtəif mükafatlara layiq görülüb.

Tarix
2014.11.03 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rəis 450 minlə qaçmaq istədi – Polis imkan vermədi

İranla sərhəddə yeni avadanlıq quraşdırılır: Bundan sonra...

Azərbaycanda ilk pullu yol bu oldu - Video

Nazirimizin qızı Rusiyada nazir təyin edildi

Bakıda torpağın qiyməti bahalaşır

Bakının bu rayonunda qaz olmayacaq

7 marşrut müsabiqəyə çıxarıldı - BNA

İki nazirlik arasında mühüm memorandum...

Zakir Həsənov iranlı nazir müavini ilə görüşdü

Azərbaycanlı xeyriyyəçidən möhtəşəm addım - 22 məktəb

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla