Yuxarı

Qapısında söyüş söyən gənci öldürən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qapısından keçən gənclərdən birini söhbət etdiyi üçün tüfənglə vuran şəxs tutulub.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, noyabrın 1-də saat 4 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Şükürov Fəqani Adil oğlunun tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə atəş açaraq öldürməsi və rayon polis şöbəsinə gəlib könüllü surətdə təslim olaraq cinayətin aləti olan tüfəngi təhvil verməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları dərhal F.Şükürovun yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkilib, oradan istintaq üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, F.Şükürov qeyd edilən tarixdə saat 01 radələrində, yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşitdiyindən bayıra çıxaraq orada olan 5-6 nəfər tanımadığı şəxsə irad tutduqda aralarında mübahisə yaranıb. Bundan sonra F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus təklülə ov tüfəngini evindən götürərək küçəyə çıxıb sakit olmalarını tələb etdikdə, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istərkən atəş açılması nəticəsində döş nahiyəsindən xəsarət alıb. F.Şükürov K.Qurbanovu özünə məxsus "Niva" markalı avtomobillə xəstəxanaya apararkən sonuncu aldığı xəsarətdən yolda ölüb.

F.Şükürov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.11.03 / 17:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla