Yuxarı

Xədicə İsmayıldan üzr istəyirəm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gözləntiyə" "intizar" deyəndə, axırı da belə olar...

Xədicə İsmayıl prezidentlə görüşdən sonra məni tənqid elədi. Mənim və başqalarının reaksiyasından sonra mövzuya bir daha qayıdaraq, bildirdi ki, Rauf Arifoğlundan, hər şeyə rəğmən, nəsə gözləyirmiş... Daha gözləmir. Bu da o deməkdi ki, daha mənimlə bağlı hər hansı bir mövzuda danışmayacaqdı... Amma Xədicə İsmayıl, nəyə görəsə hər dəfə gözləntini "intizar" deyə qeyd etmişdi...

Cəmil bəylə 2-3 gün əvvəlki müsahibəsində mənə xeyli yer verdi, İsa bəylə bugünkü müsahibəsinin son 15 dəqiqəsini mənə həsr etdi... Təsirlənərək, bir status yazdım: "Xədicə xanımın mənimlə bağlı intizarı davam edirmiş))) Günün ən xoş sürprizi..."

İndi baxıram ki, mövzudan xəbəri olmayanlar tamamilə yanlış anlamışlar məsələni... Zatən, bu gözləntiyə "intizar" deyə, poetik bir ad qoyanda, sonu belə olmalıydı))) İntizar axı həsrətin qısavədəli təyinatıdır, fərqli kateqoriyadır, siyasi-mediatik termin deyil... Oxuyanlar çaş-baş qalıblarmış...

Bu səbəbdən həmin statusa belə bir izahat yazdım. Təkrar buradan paylaşım ki, çoxları duysunlar...

"Dostlar, bu, Xədicə xanımın 10 gün öncə yazdığı bir statusa cavabdır. Yazmışdı ki: "Elə isə daha bir xoş xəbər verim cənab Arifoğluna - daha ondan heç bir intizarımız yoxdur!" Burada intizar gözlənti mənasındadır. Xədicə xanım məndən nəsə gözləyirmiş, İlham Əliyevlə görüşdən sonra fikrindən daşınıb))) Amma hazırda efirə kimi çıxarırsa, onunla mənim müzakirəmi açır. Bu gün də 15 dəqiqəsini mənə həsr elədi. Bu da məni sevindirir))) Ki, xanımın gözləntisi - özü demiş, intizarı - hələ də davam edir. Yoxsa mənə niyə bu qədər diqqət ayırsın ki..."

Yanlış anlaşılmaya görə hər kəsdən, xüsusi ilə Xədicə xanımdan üzr istəyirəm. Gərçi, o özü fərq edər, söhbət nədən gedir))

(Bu status Rauf Arifoğlunun şəxsi profil səhifəsində paylaşılıb)

Tarix
2013.12.06 / 00:26
Müəllif
Rauf Arifoğlu
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla