Yuxarı

Diş həkimi pasiyenti necə öldürüb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında paytaxtda stomatoloji klinikada ölüm hadisəsi baş verib. Belə ki, VİP Dental özəl stomatoloji klinikasında 1966-cı il təvəllüdlü Elçin Məmmədov yerli keyitmə ilə çənəaltı nahiyəsində irinin üzərində aparılan əməliyyat zamanı dünyasını dəyişib. Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədovun boğaz nahiyəsində kista diaqnozu ilə əməliyyatı aparmaq üçün həkim Baxış Hüseynova müraciət ediblər. Həkim əməliyyatı, məhz, stomatoloji mərkəzdə aparacağını deyib.

Mərhumun həyat yoldaşının sözlərinə görə, o, həkimdən təhlükəli olacaq deyə bu əməliyyatı stomatoloji klinikada deyil, başqa bir yerdə, daha dəqiq desək, xəstəxanada aparılmasını da təklif edib. Amma həkimin "15 dəqiqəlik əməliyyatdır" deməsi hər iki nəfəri əməliyyatın fəsadsız keçəcəyinə əmin edib.

Mərhumun həyat yoldaşının sözlərinə görə, Elçin Məmmədov əməliyyata öz ayağı ilə gəlib. Əməliyyat stomatoloji kresloda aparılıb. Həyat yoldaşının sözlərinə görə, həkim əməliyyatda Elçinin boğaz nahiyəsində kəsik apardığı zaman mərhum başlayıb əsməyə. Planlaşdırılan 15 dəqiqəlik əməliyyat isə Elçinin həyatına ömürlük son qoyub. Təcili yardım stansiyasında sürücü işləyən Elçin Məmmədovun 5 yaşlı balaca qız övladı atasız qaldı.

Əməliyyatı aparan həkim isə hüquq mühafizə orqanları tərəfindən Nəsimi rayon Prokurorluğuna aparılıb. Daha sonra isə meyid adı çəkilən klinikadan çıxaralaraq tibbi ekspertizaya aparılıb. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən ANS-ə bildirdilər ki, xəstənin ağız nahiyyəsində kiçik bir əməliyyat aparılması üçün iynə vurulduqdan sonra onda anafilaktik şok yaranıb və Elçin Məmmədov böyük ehtimalla elə yaranmış şokdan ölüb. Xəstənin ölümünün dəqiq səbəbləri isə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Məsələ ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən mərhumun meyitinin ekspertizası təyin edilib. Faktla bağlı aparılan istintaq araşdırmalarının sonunda məsələyə hüquqi qiymət veriləcək. (ANS)

Tarix
2013.12.06 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla