Yuxarı

Rəsulzadənin yubileyinin keçirilməsi üçün hansı işlər görülür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin sözçüsü bu barədə məlumatsızdı

Məlum olduğu kimi, prezident Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam imzalayıb. 2014-cü il yanvarın 31-də Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Prezident bu münasibətlə tədbirlər planı hazırlanması haqda sərəncam verib.

Sərəncamda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirilsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Artıq yanvar ayına o qədər çox vaxt qalmayıb. Prinsip etibarı ilə Nazirlər Kabineti artıq hazırlıq işlərinə başlamalı, sözügedən qurumlarla birgə sərəncamın icrasına yönəlik addımlar atmalıdır. Bəs nədən ibarət olacaq bu tədbirlər? Rəsulzadənin yubileyi hansı formada keçiriləcək? Tədbirlərə kimlər dəvət olunacaq?

Bu suallara cavab almaq mümkün olmadı. Çünki Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli "Yeni Müsavat"a hazırlıq işlərindən xəbərsiz olduğunu bildirdi.

A.Əli mətbuat xidməti şöbəsində hər hansı məlumat olmadığını qeyd etdi. O, hazırlıqla bağlı məlumat öyrənib əlaqə saxlayacağını dedi. Rəsulzadə ilə bağlı indiyə qədər dövlət səviyyəsində tədbir keçirilməyib. Müxalifət partiyaları isə hər il onun doğum gününü Novxanıdakı abidəsi önünə toplaşaraq yad edirlər.

Tarix
2013.12.06 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla