Yuxarı

Zakir Həsənov Əbiyevin “vurduğu“ zabiti müavin təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq Müdafiə naziri Səfər Əbiyevin "vurduğu" zabitə yüksək vəzifə verildi.

Məlumata görə, bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənov öz sələfi tərəfindən cəzalandırılan Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılovun rütbəsini bərpa edib. Nazirin əmri ilə X.Cəbrayılov yenidən polkovnik rütbəsi alıb.

Bu dəfə isə nazirin yeni əmri ilə X.Cəbrayılov daha yüksək vəzifəyə gətirilib, Şəmkir korpusuna müavin təyin edilib.

Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib.

O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün "İgidliyə görə" medalı ilə də təltif edilib.

Keçmiş Müdafiə naziri Səfər Əbiyev tərəfindən isə X.Cəbrayılov cəzalandırılıb və onun rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib. Həmin vaxt nazirin bu addımı narazılıqla qarşılanmışdı.

Müdafiə naziri Zakir Həsənov isə X.Cəbrayılovun yenidən polkovnik rütbəsinə layiq görülməsilə bağlı əmr imzalayıb. Bu hadisə Z.Həsənovun Şəmkir hərbi birləşməsinə səfərindən sonra baş verib ("Aznews.az").

Tarix
2013.12.06 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla