Yuxarı

Vəzifə başında şiddət və təhqir – Qadın jurnalistlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada qadın jurnalistlərin üçdə ikisinin vəzifə başında şiddətə və təhqirə məruz qaldığı bəlli olub.

Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu (INSI) ilə Beynəlxalq Qadın Media Vəqfi (IWMF) tərəfindən aparılan araşdırmaya görə, qadın jurnalistlər daha çox şiddət görürlər.

Birləşmiş Millətlərin (BM) Media və Cinsiyyət Qlobal Forumunda açıqlanan məlumatlarda bildirilir ki, media sahəsində işləyən qadın jurnalistlər, kişilərlə müqayisədə daha çox şiddətə məruz qalırlar.

Qeyd edək ki, anketə qatılan qadın media mənsublarının 25-nin Asiya, 189-nun Şimali Amerika, 172-nin Avropa, 111-nin Afrika, 98-nun Latın Amerikası, 47-nin isə Ərəb ölkələrindən olduğu bildirilir.

Azərbaycanda da qadın jurnalistlərindən iş başında belə hallarla qarşılaşıb-qarşılaşmadıqlarını soruşduq. Bəli oldu ki, Azərbaycanda da durum adı çəkilən ölkələrdən fərlənmir və elə burda da qadın jurnalistlər təhqir və şiddətə məruz qalırlar.

Kişi jurnalistlər də eyni halla qarşılaşır

"Azadlıq" qəzetinin müxbiri Aytən Məmmədova ilə söhbətimizdən belə bəlli oldu ki, jurnalist fəaliyyəti ilə məşğul olarkən o da bir sıra təhdidlərlə üzləşib:

"Son zamanlar ən böyük şiddətlə Gülər Əhmədovanın məhkəmə iclasında qarşılaşmışam. Mən deməzdim ki, Azərbaycanda xanım jurnalistlər qaha çox təyziqə məruz qalır. Həmçinin kişi jurnalistlər də eyni halla qarşılaşır". Aytən xanım onu da bildirdi ki, əgər "telefonların dinlənilməsi, internet ünvanların izlənilməsini də şiddət hesab etmək olarsa, biz bunlarla hər gün qarşılaşırıq. Çünki jurnalistlər daim izlənilir. Konkret təhqirə gəlincə, xatırlayıram ki, bir neçə il bundan qabaq cinayət işi ilə bağlı yazdığım bir məqaləyə görə Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsinə ifadə verməyə çağırılmışdım. Cox zaman da zəng edib təhqiramiz ifadələrlə təhdid və tənqid edirlər".

Ən azı həftədə bir dəfə

"Yeni Musavat" qəzetinin müxbiri Sevinc Telmanqızı da hesab edir ki, aktiv fəaliyyət göstərən jurnalistlər daim təhdid və zorakılıqla üz-üzə qalırlar:

"Hər gün olmasa da, ən azı həftədə bir dəfə bu halla qarşılaşırıq. Ən pis halda təhdid olunuruq. Biz bunu hər zaman ictimailəşdirmirik, günümüz bununla keçir. Son vaxtlar Gülər Əhmədovanın məhkəmə prosesində jurnalistlərə olan hörmətsizliyi görməmək mümkün deyil. Burada kimliyindən asılı olmayaq, hər kəs jurnalistlərə ən axırıncı adam kimi yanaşır. Jurnalistlərə qarşı itələmədən tutmuş, kobud davranışa qədər qarşılaşırıq. Ən böyük təpkini isə Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yazı hazırlayarkən almışdım. Bəlli ki, burada narazı tərəflər var idi".

Tarix
2013.12.06 / 22:46
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla