Yuxarı

Psixoloq serialları nağıllardan daha xeyirli sayır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə nağılların uşaqların həyatında yeri, onların tərbiyəsindəki rolu görəsən bir zamanlar olduğu kimi yenə də aktualdırmı? Yoxsa "valideyinlərindən çox zəmanəsınə bənzəyən" uşaqlar indi daha nağılların sehirli aləminə düşə bilmirmi? Rəngarəng cizgi filmləri, seriallar onları daha çox cəlb edir? Suallarımızın cavablarını psixoloqlarda aradıq.

Nağıllar uşaqların psixologiyasını pozur

Psixoloq Dəyanət Rzayevin fikrincə, Azərbaycan nağıllarında hədsiz yalan, aldatmaq cəhdləri var. Onun sözlərinə görə "Cırtdan", "Qoğal" və "Məlikməmməd" nağıllarında uşaqların psixologiyasına mənfi təsir edəcək amillər var:

"Burda uşaqlara yalan danışmaq öyrədilir. Hətta "Cırtdan" nağılında rüşvət faktına belə rast gəlmək mümkündür. "Məlikməmməd" nağılına gəlincə, burda qardaş-qardaşa öz maraqlarına görə pislik edir. Bu, uşaqlar üçün heç də yaxşı nümunə deyil. Bu cür nağıllar onların psixologiyasını pozmaqla yanaşı, həmçinin şəxsiyyətin formalaşmasına da imkan vermir".

Serialları daha çox sevirlər

Nağıllarla bağlı sorğu apararkən ortaya çıxan mənzərədən bəlli oldu ki, uşaqlar arasında nağıllar heç də aktual deyil. Onlar seriallara baxmağa daha üstünlük verirlər. Bəs seriallar uşaq psixologiyasına necə təsir göstərir?

Dəyanət Rzayevin fikrincə, yersiz, təhrikedici nağıllarla müqayisədə etik seriallar daha uyğundur. Onun sözlərinə görə, bu seriallar ən azı uşaqlarda gələcəyə baxış formalaşdırır.

Biri var idi, biri yox idi

Psixoloq bu kəliməni olduqca yersiz adlandırdı: "Burda müəyyən gizlilik var ki, bu da uşaqların şəxsiyyətinin formalaşmasına imkan vermir. Bu cür nağıllara meyilli uşaqlarda ikiləşmə müşahidə olunur. O ki qaldı sonda deyilən "göydən üç alma düşdü" kəliməsinə, bu çox yersizdir. Məncə, nağılı tam fərqli bitirmək olar. Bu yalnız xəyali fikirlərə əsaslanan cümlələrdir ki, onlardan da uşaqlar heç bir fayda əldə edə bilməz".

Nağıl kitabları tapmaq müşkülə çevrilib

Eyni suallarla Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Baxışın fikirlərini də aldıq. Psixoloqun fikrincə, uşaqların nağıllarla maraqlanması vacibdir:

"Seriallar uşaqların bədii ədəbiyyata marağını azaldır. Təəssüf ki, uşaqlar arasında nağıllar, cizgi filmlərinə olan maraq indi seriallara yönəlib. Kitab dükanlarında nağıl kitabları tapmaq müşkülə çevrilib. Satışda olan kitabların böyük əksəriyyəti keyfiyyətsiz kağızlardan hazırlanır, həm də şəkilsiz olur. Bu da uşaqların kitaba, nağıla olan marağını azaldır".

Kəmalə xanım nağılların başlanğıcında olan "biri var idi, biri yox idi" kəlməsinə də münasibət bildirdi. O bu cümlənin anlaşılmaz olduğu ilə razılaşsa da, əslində uşaqları xeyli düşündürdüyünü də qeyd etdi.

Tarix
2013.12.07 / 00:43
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla