Yuxarı

Bakıda dəhşətli yol qəzası: 4 ölü - Yenilənib/Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:51

Bakının Yasamal rayonu, Moskva prospektində ağır yol qəzası baş verib.

"Axar.az" "Xəbərdar.az"a istinadən xəbər verir ki, 01 BL 554 dövlət nömrə nişanlı "Daewoo Nexia" tuneldən çıxaraq qarşısındakı "Shagman" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsidə minik avtomobilində olan 4 nəfər yerindəcə keçinib. Hadisə yerində FHN-nin əməkdaşları cəlb olunub.

Avtomobilindən taksi kimi yararlanan sürücü Bakının Müşviqabad qəsəbəsindən Bakıya gəlirmiş. O, 20 Yanvar metrosuna doğru dönmək istərkən, qarşısındakı yük maşınına çırpılıb. "Şaqman"ın sürücüsü jurnalistlərə açıqlamasında hadisəni nəql edib. Deyib ki, onun maşınını nəqliyyat müfəttişləri saxlayıblar. Sürücü müfəttişlərlə söhbət etdiyi vaxt avtomobilin "Şaqman"a çırpıldığını görüb. Qəzanı görən müfəttişlər dərhal hadisə yerindən uzaqlaşıblar.

Hadisə yerində böyük çaxnaşma yaranıb. İnsanlar müfəttişlərin hadisə yerinə gəlməsini tələb edirlər.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədirlər.

***

Hadisə nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib və bu barədə rəsmi açıqlama verilib. yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Bəhruz Hidayət oğlu Abbasov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.

Tarix
2013.12.07 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla