Yuxarı

"İsmayıllı məhkumları"nın valideynləri yardım istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsmayıllı hadisələri"nə görə məhkum olunan gənclərin valideynləri bu saatlarda İsmayıllı İcra Hakimiyyətinin qarşısına toplaşmağa başlayıblar. Onların əsas istəyi övladlarının azad olunmasıdır.

Bu barədə jurnalist Elçin İsmayıllı şəxsi "feysbuk" səhifəsində məlumat yerləşdirib.

Xatırladaq ki, yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşan bir qrup şəxs tərəfindən "Çıraq" otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

***

İsmayıllı Rayon Polis İdarəsindən şəhərdə hər hansı aksiyanın olması xəbəri təkzib olundu. Adının açıqlanmasını istəməyən polis işçisinin sözlərinə görə, valideynlərdən bir neçəsinin İcra Hakimiyyətinin başçısı ilə görüşmək üçün qəbul otağına gəlməsini bu cür təqdim etmək doğru deyil: "Sakinlər vaxtaşırı olaraq icra başçısı ilə görüşürlər. İndi də ola bilsin ki, məhkumların valideynlərindən bir neçəsi xahiş üçün başçının yanına gəlib. Amma bunu aksiya kimi təqdim etmək kimə lazımdır?"

Qeyd edək ki, "İsmayıllı hadisələri"ndə həbs olunanların valideynlərinin aksiya keçirməyə başladıqları haqqında xəbər sosial şəbəkədə yayılıb.

***

İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, "İsmayıllı olayları"nda həbs olunanların valideynlərlə icra hakimiyyətində görüş keçirilib. Onların valideyn kimi narahatlıqlarını anladıqlarını deyən icra başçısı bu işin hüquqi müstəvidə həllini tapdığını, ona görə də hər hansı yardım göstərmək imkanının olmadığını söyləyib.

Tarix
2013.12.07 / 13:13
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla