Yuxarı

“Aksiyamıza müxalifətin qoşulmasını istəmirik”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Razi bəyə təşəkkür edirəm. Yəqin 2005-ci ildən bu yana onunla görüşməmişik deyə, Razi bəy bizi unudub. Yenidən onunla tanış olmaq üçün "ayaqaçdı" edərik və beləcə onunla bir daha tanış olarıq. Hərçənd ki, biz onunla 2005-ci ildə birgə əməkdaşlıq etmişik. O zaman biz Dalğa Gənclər Hərəkatına rəhbərlik edirdik, Razi bəy isə" Yox!" hərəkatına".

Bu sözləri Avropa Gənclər Hərəkatının sədri Ramin Hacılı ölkədəki qiymət artımını etiraz edərək aksiyalara başlayacaqlarını bəyan edəndən sonra AXCP sədrinin müavini Razi Nurullayevin sözügedən qurumu tanımadığını əsas gətirərək, aksiyaya qatılmayacağını fikrinə münasibət bildirərkən dedi.

Ramin Hacılı qiymət artımı ilə bağlı keçirəcəkləri aksiya barəsində də danışdı. O bildirdi ki, müxalifət rəhbərlərinin etiraz aksiyasında qatılmasını istəmir:

"Bizim keçirəcəyimiz aksiyada müxalifət partiyalarında təmsil olunan və orda rəhbər vəzifə tutan şəxslərin iştirak etməsini istəmirik. Bu aksiya müxalifət partiyalarının tədbiri kimi görünməsinə qarşıyıq. Kimsə vətəndaş olaraq gəlib iştirak etmək istəyirsə, buyursun gəlsin. Ancaq partiya şəklində kiminsə aksiyaya qatılmasını istəmirik. Yadınızdadırsa, əsgər ölümləri ilə bağlı ilk etirazlar xalq tərəfindən təşkil edilmişdi və normal aksiya keçirdi. Sonradan siyasi partiyalar bu məsələyə qarışanda nəticəni özünüz gördünüz. Bu aksiyanın da nəticəsi elə olmasın deyə, müxalifət partiyalarına müraciət edib demişik ki, aksiyaya qatılmasınlar".

Tarix
2013.12.07 / 15:25
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla