Yuxarı

Bu il intihar edən hərbçilərimiz - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var.

"Doktrina" JHAM direktoru Cəsur Sümərinli bəyan edir ki, aşağıda adları çəkilən hərbi qulluqçuların ölüm səbəbləri ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə dürüst məlumat verilməlidir.

"Doktrina" JHAM həmin siyahını təqdim edir:

15 fevral. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib. Qeyd edək ki, N. Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

28 fevral. Qazax rayon N saylı hərbi hissədə 1990-cı il təvəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu intihar edib. Müdafiə Nazirliyi bəyan edib ki, əsgər postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Əsgərin Göyçay rayonundan hərbi xidmətə çağrıldığı deyilir. Valideynləri bildirir ki, xidmətinin başa çatmasına bir ay qalmış hərbi hissədə döyülərək qətlə yetirilib.

3 mart. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, aldığı güllə yarasından dünyasını dəyişib.

24 mart. Xüsusi Dövlət Mühafizə İdarəsinin əsgəri 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib. O, Səbayıl Rayonundan hərbi xidmətə çağırılıb.

6 aprel. Azərbaycan ordusunun əsgəri intihar edib. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.

20 aprel. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, əsgərin ölümü ilə əlaqədar Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

23 aprel. Naximov küçəsində yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ilkin ehtimala görə, intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib.

3 may. Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən bu gün səhər polisə məlumat verilib. Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və axtarışlara başlanıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, səhər saatlarında itkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin meyiti tapılıb. Mərhumun meyiti "Şəfa" stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib. Dərhal hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəlib. Meyit müayinə edilmək üçün ekspertizaya göndərilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M.Musayevin qətlə yetirilməsi də istisna edilmir.

16 may. Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

30 may. Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.

27 iyun. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri dünyasını dəyişib. Hadisə Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında baş verib. İlkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Səmədov Xəzər Ağa oğlu dünyasını dəyişib. O, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılıb. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla birlikdə araşdırma aparılır.

29 iyul. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, N.Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

1 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir. Əsgər Elşad İsmayılov Goranboy rayonundan hərbi xidmətə çağırılıb.

29 avqust. DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib. Nofəl Məmmədov Nofəl oğlu 1994-cü il, martın 23-də doğulub, 2012-ci ilin aprelində müddətli Goranboydan həqiqi hərbi xidmətə çağırılıb.

13 sentyabr. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Anar Əsgərli özünün Facebook sosial şəbəkəsindəki səhifəsinəd hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşmaqla yanaşı ölümündən əvvəl bir status da yazıbmış. "Bəlkə mənim də qismətimdə bir güllə oldu" deyə o bu statusunda qeyd edib...

4 oktyabr. Gəncə şəhərində Daxili Qoşunların müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.

Tarix
2013.12.08 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla