Yuxarı

Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək.

XİN-in mətbuat xidmətinə istinadən məlumata görə, iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Avropa İttifaqını hazırda Avropa İttifaqının sədri qismində çıxış edən Litva Respublikası və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edəcək.

Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan sədrlik edəcək.

İclas zamanı Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Tarix
2013.12.08 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla