Yuxarı

Azər Qaraçənli: “Allah bizi belə biabırçılıqdan qorusun”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk yubiley yaşımızı fərqli tərzdə qeyd etmək hamımızın ürəyindən keçir. Təəssüf ki, hazırda maliyyə imkanımız arzuladığımızı reallaşdırmağa əsas vermir".

Bu sözləri Axar.az-a bu ay 10 illik yubileyini qeyd edəcək "Mediaforum.az" saytının baş redaktoru Azər Qaraçənli bildirib. Saytın ad gününün Yeni il ərəfəsinə təsadüf etdiyini deyən baş redaktor qeyd edib ki, 10 il öncə oxucularla ilk görüşə qışda, dekabrın 28-də çıxıblar:

"Saytımızın yaradılması – istər saytın texniki cəhətdən hazırlanması, istərsə də kollektivin formalaşdırılması, yaradıcı işlərin planlaşdırılması prosesinə 2004-cü ilin payızından başlansa da, "Mediaforum.az" oxucularla görüşə 28 dekabrda çıxıb. "Mediaforum.az" "İnternyus Azərbaycan" İctimai Birliyinin layihəsidir. Bütövlükdə "İnternyus Azərbaycan" təşkilatının kollektivi ilə birlikdə Yeni il bayramını keçirəndə "Mediaforum.az"ın ad gününü də qeyd edirik. Doğrudur, indi "Mediaforum.az"ın 10 yaşı tamam olur, bu isə yubiley yaşı deməkdir və sözsüz ki, onu fərqli bir tərzdə qeyd etmək hamımızın ürəyindən keçir. Təəssüf ki, hazırda maliyyə imkanımız arzuladığımızı reallaşdırmağa imkan vermir. Amma hər günün öz hökmü var. Sağlıq olsun, baxaq görək necə olacaq. "Mediaforum.az"ın 10 illiyini məxsusi qeyd etmək planımız olmasa da, qarşıdakı günlərdə belə bir planın ortaya çıxa biləcəyini, necə deyərlər, tam qırağa da qoymuram".

A.Qaraçənli əlavə edib ki, fəaliyyət göstərdikləri 10 ildə məqsədlərinə qismən çatıblar:

"Klassik təsnifata görə, jurnalistikanın üç missiyası var: məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək. Biz jurnalistikanın üç missiyasından ikisini seçmişik. Söhbət məlumatlandırmadan və maarifləndirmədən gedir. Həmişə ortaya yeni məlumatların çıxdığını və insanların daima maariflənməyə ehtiyac duyduğunu nəzərə alsaq, bəlli olur ki, biz məlumatlandırmanı və maarifləndirməni bir proses kimi tam tükədib başa vura bilmərik, biz onu yalnız yaşadığımız və işlədiyimiz dövrdə reallaşdıra bilərik. "Mediaforum.az" saytında da biz elə bununla məşğuluq. Fəaliyyət göstərdiyimiz 10 ildə məqsədimizə qismən çatmışıq. Eyni zamanda başa düşürük ki, bu, hətta tam çatılanda da tükənməyən bir məqsəddir".

Baş redaktor saytın gələcək planlarından da danışıb:

"Arzumuz çox, xəyalımız geniş olsa da, hətta bəzən xülyalara qapılsaq da, planımızı gerçəkliyə uyğunlaşdırmağa məcburuq. Hazırkı gerçəkliyə uyğun əsas planımız olanı qorumaqdır. "Mediaforum.az" ölkəmizdə Azərbaycan türkcəsində fəaliyyət göstərən bütün xəbər saytlarının böyük qardaşıdır. Şükür, hələ ki, özümüzü taleyin bu qismətinə uyğun apara bilirik. Allah bizi özümüzü başqa cür aparmaq biabırçılığından qorusun. Biz yalnız rəqabətdən danışa bilərik, rəqibdən danışmaq bizə yaraşmaz".

Tarix
2014.12.08 / 11:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla