Yuxarı

“Qarabağ” – “İnter”: direktordan müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Stadion "Qarabağ" – "İnter" matçını qəbul etməyə hazırdır".

Bu sözləri apasport.az-a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Avroliqanın "Dnepr"lə Bakıda keçirilən oyununda stadionun qapısı "Qarabağ"ın azyaşlı azarkeşinin üstünə aşmışdı. Nəticədə kəllə-beyin travması alan və ayağı əzilən azarkeş əməliyyat olunmuşdu.

İsmayılovun sözlərinə görə, "Dnepr"lə matçdakı xoşagəlməz olay bu dəfə yaşanmayacaq. O, eyni zamanda azarkeşlərə müraciət də edib: "Hər şey nəzərdən keçirilib, heç bir problem yoxdu. Əslində, keçən oyunda da təhlükəsizliklə bağlı problem yox idi. Sadəcə, iş idi də, gəldi başımıza. Biz də bunu istəməzdik. Mən sizin vasitənizlə azarkeşlərə müraciət edirəm ki, qapılar 18:30-dan etibarən açılacaq. Yəni, bir az tez gəlsinlər. Bizdə adətən 9-un yarısında 20 min adam gəlir stadiona. Bu isə sıxlıq yaradır. Mən başa düşürəm ki, hava soyuqdu. Üstəlik, sağ olsunlar, "Qarabağ"a dəstək olurlar. Amma bir az tez gəlmək lazımdı. UEFA-nın tələblərinə uyğun olaraq, bu oyunda da qapılar bağlanmayacaq. "Dnepr"lə matçdakı hadisə bu dəfə yaşanmayacaq".

İsmayılov stadionun ot örtüyünün də durumunun yaxşı olduğunu bildirib: "Qazonun da vəziyyəti idealdı. Arenanı bütünlüklə baxışdan keçirmişik. Narahat olmağa dəyməz".

Tarix
2014.12.09 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla