Yuxarı

“Yehova şahidləri” həbsinin - Gizlinləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda "Yehova şahidləri" dini icmasının üzvlərinə nəzarət gücləndirilib. Bu sektanın üzvlərinin qanunsuz təbliğat aparması hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb və son vaxtlar onlara inzibati cəzalar tətbiq olunur.

Bu xəbəri Axar.az-a verən məlumatlı bir şəxsin sözlərinə görə, icma üzvləri qadağalar və həbslərlə tez-tez rastlaşır. Onlar İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılırlar. Buna səbəb "Yehova şahidləri"nin Azərbaycan qanunvericiliyinin əksinə olaraq hərbi xidmətdən imtinanı təbliğ etməsidir. Onlar insanın əlinə silah götürməsini günah sayırlar.

"Yehova şahidləri" dini icmasının üzvləri kitabları, təbliğat vasitələrini götürüb ev-ev gəzir, onları insanlara verib qurumu təbliğ edirlər. Qanunvericiliyə görə isə belə təbliğat qadağandır. Yaxud küçədə birini saxlayıb onu kitabları oxumağa məcbur edirlər.

Bu da psixoloji təzyiqdir. Kitabların üstünə mayka, qələm, yaxud digər həvəsləndirici vasitələr qoymaqla dini ədəbiyyat yayımı qanunla qadağandır.

İcma üzvləri Gəncə və Sumqayıtda daha çox fəallıq edirlər. Sumqayıtda sekta üzvlərinin toplaşdığı bir neçə mərkəz var. Onların sayı 300-dən artıqdır. Sektanın əsasən şəhərin 26-cı məhəlləsində və Kotecə yaxın ərazilərdəki evlərdə toplaşdığı söylənilir.

"Yehova şahidləri" dini icması 2002-ci il fevralın 7-də dövlət qeydiyyatına alınıb. Bu sekta dünya səviyyəsində nüfuza malik dini təşkilatdır. Hətta Moskvada onların fəaliyyətini məhdudlaşdıra bilməyiblər.

Tarix
2014.12.10 / 00:43
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla