Yuxarı

FHN: "Altı nəfər intihar etmək istəyib" - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:45

Bu dəqiqələrdə Bakıda növbəti intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Report.az-a verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Binadakı mənzillərin birinin eyvanına çıxan iki naməlum şəxs intihar edəcəyini bildirib. Hadisə yerinə FHN-nin xilasedicıləri cəlb olunub. İntihar etmək istəyən şəxslərlə danışıqlar aparılır. Xilasedicilər onları fikrindən daşındırmağa çalışırlar.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

18:56

İntihar etmək istəyənlərin sayı 5 nəfərdir.

Şahidlərin APA-ya verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin yanında tikintisi başa çatmayan 15 mərtəbəli binanın damına çıxan 5 nəfər şəxs intihar edəcəyini bildirir.

19:33

Bakıda binanın damına çıxaraq intihara cəhd etmək istəyən şəxslər fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan prospekti, 1 a ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının damına çıxan şəxslər Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının apardıqları danışıqlar nəticəsində fikirlərindən daşınıblar.

Aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, gecikdirilən əmək haqlarını tələb etdiklərini deyiblər. Lakin onlar çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini söyləyiblər.

1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Fehruz oğlu, onun qardaşı, 1988-ci il təvəllüdlü Sərxan Məmmədov, 1988-ci il təvəllüdlü Bağırov Şamxal Məhərrəm oğlu, onun 1985-ci il təvəllüdlü qardaşı Vüqar Bağırov, 1986-cı il təvəllüdlü Əliyev Aqil İbrahim oğlu və 1995-ci il təvəllüdlü Salahov Həsrət Mustafa oğlu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıblar.

20:02

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Səbail rayonunda altı nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaşlar tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxslər fikirlərindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 18:17-də başa çatıb.

Tarix
2014.12.10 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla