Yuxarı

Azərbaycan əhalisi pulu hara xərcləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək 3,4 faiz olub.

Bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5 faizini son istehlak xərclərinə, 9,1 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizini kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8 faizini isə yığıma yönəldib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,1 faiz çox vəsait qalıb.

Tarix
2014.12.15 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla