Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2017


Qapımı sındırıb, evimə soxuldular...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə icraçısı Vasif Məhəmmədəliyev: "Mənim prezidentim də, baş nazirim də, polisim də Lütvəli Babayevdir!"

"Axar.az"a müraciət edən Zərdab rayon sakini Kisərən Həmzə qızı Süleymanova problemlər burulğanında çabalamasından gileylənir. O da minlərlə vətəndaşımız kimi məmur özbaşımalığı ilə üz-üzə qalıb. İllərdir ki, "dərdinin dərmanını" tapmaq, haqsızlıqlardan yaxa qurtarmaq üçün qapılar döyən Kisərən xanım necə deyərlər, "kəsilə-kəsilə" qalıb ki, probileminin həlli üçün daha kimlərə ağız açsın. Kimlərə desin ki, 1985-ci ildən yaşadığ evin özündən xəbərsiz özəlləşdirilməsi və əmlakının zorla əlindən alınmasına bir əncam çəksinlər. Hər halda əlini çox yerə atıb, çox qapılar döysə də, Zərdab rayonunda onun başına gətirilənlərə "yox" deyən tapılmayıb.

Lütvəli Babayev gələn günəcən

Kəsirən xanımla onun yaşadığı evin həyətində görüşdük. Kür çayının sahilində, gözəl, mənzərəli yerdə yerləşən bir inzibati binada yaşayır. Köhnə, tavanı çökmüş, divarları "quzulamış" bu tikilidə yaşamağın nə demək olduğunu deməyə gərək yoxdur. Həyətdəki hündür, barlı-bəhrəli ağacların, taxta hasar boyu əkilmiş müxtəlif güllərin göz oxşamaq cəhdi də bu köhnə tikilinin müqabilində heçə çevrilir. Bu həyətdə qadın əlinin səliqəsi görünsə də, bu qadının başına gətirilən müsübətlərin fonunda heç bir səliqə-sahmandan bəhs etmək olmur. Onu dinlədikcə ürək ağrıdıcı bir durum yaranır:

"Mənim bu evim əvvəllər baş idarəsi Sabirabad rayonunda olan Su-bənd idarəsinə aid olub. Sonralar isə Zərdab rayon Təsərrüfatlar arası Təmir Tikinti idarəsinə (TTTİ) verilib. "Raispolkomda" (Rayon İcraiyə Komitəsində) ev növbəsinə durmuşdum. Yoldaşım və iki uşağımla evsiz idik, rayonda kirayədə yaşayırdıq. 1985-ci ildə RİK-nin sərəncamı ilə mənə xidməti order verildi ki, bu binanın iki otağında yaşamaq hüququn var. Qeydiyyata da bura saldılar. Bir otağını isə başqa ailəyə verdilər. Beləliklə, səkkiz otaqdan ibarət olan tikilinin beş otağında TTTİ-si, üçündə isə iki ailə yaşayası olduq".

Kisərən Həmzə qızının dediklərindən məlum olur ki, bu sakit və rahat həyat 2007-ci ilə qədər davam edir. O vaxta qədər ki, rayona yeni icra hakimi təyin olunur: "Lütvəli Babayev bu rayona gələn gündən bizim rahatlığımız ərşə çəkildi".

Lütvəli müəllimin tapşırığı belədir

Kisərən xanımın dediklərindən məlum olur ki, İcra başçısının birbaşa göstərişi ilə 2007ci ildə bina və onun bir hektara yaxın ərazisi bütünlüklə idarənin rəisi Adil Nuralıyev tərəfindən özəlləşdirilib. Xanım isə bundan yalnız 2009-cu ildə xəbər tutub.

"Məhkəmə icraçıları qapıma gəldi. Evi boşaldın,- dedilər,- bu, başqasının əmlakıdır. Sənədləri təqdim etdilər. Dedilər ki, 2007-ci ilən bu tikili və ərazi özəlləşdirilib, özü də Adil Nuralıyevə məxsusdur. Məhkəmədə oldum, qətnamənin nə vaxt çıxarıldığını soruşdum, niyə mənə xəbər etməmisiz, soruşdum, axı bu qanuna ziddir. "Nəyinə deyəcəyikdik sənin, Lütvəli müəllimin tapşırığı belədir",- dedilər. Çox yalvardım-yaxardım, eşitmədilər. İndi hərbi xidmətdə olan oğlum Lətiflə Lütvəli müəllimin qəbuluna getdim. Məni dinlədikdən sonra oğlumu çölə çıxartdı. Dedi ki, sən o yeri boşalt, sənə 6 sot torpaq verəcəm, torpağın rüsumunu ödəyəcəm, 500 daş, 200 kisə sement və sair. Üçotqlı ev tikəcəm, yoxsa orda yaşamaq sənə yaraşmaz. Razılaşdım o vaxt. Sonradan xəbər göndərdi ki, yox, 200 kubik, 5 kisə sement verirəm. Torpağın rüsumunu da ödə.

İcra hakimiyyəti basqın edir

Bu dəfə də mən razılaşmadım. Xəbər göndərmişdi ki, o ləzgidir, rədd olsun bu rayondan getsin. Elə etməsin ki, ona pislik edəm. Bundan artıq pislikmi olar? Yenə yalvardım-yaxardım, 20 yaşlı oğlum da o ərəfədə rəhmətə getdi. Dedim ki, oğlumun xatirələri var burda, əkib-becərdiyi ağaclarla nəfəs alıram. Mənə güldülər, dünyasını dəyişmiş oğlum haqda təhqiredici sözlər işlətdilər. Görüm, oğlumun taleyini övladlarınız yaşasın, dedim. Çox keçmədi ki, Adilin oğlu rəhmətə getdi. Allahın işidi, insana ömrü O yazıb. Amma özümü çox qınadım, çox əzab çəkdim. Bu tifilin günahı nə idi ki, ömrü yarıda kəsildi? Qorxdum ki, mənim qarğışım tutub onu. Oğul dərdi ağır dərddir axı, heç kəsə bunu arzulmaram. Mənə olunan hədəyə görə Rayon polisinə, məhkəməyə müraciət etdim. Biz heç nə edə bilmirik, dedilər. Getdim Dağıstanın Azərbaycandakı nümayəndəliyinə. İsgəndərov familiyalı bir nəfər vardı, birbaşa prezident aparatına zəng etdi, məni tapşırdı. İki ay sakitlik oldu.

Evimə basqın elədilər

Sonra mən Bakıda olarkən məhkəmə icraçıları Vasif Məhəmmədəliyev və Ziya Məmmədov Adil Nuralıyevin oğlunun iştirakı ilə evimin qapısını lomla sındırıb içəri giriblər. Mebelimi, stol-stulumu, yataq dəstimi, paltar-palazımı yığıb aparıb tökdülər İcra hakimiyyətinin qarajına. Neçə ildir qaytarmırlar. Düz ay yarım küçədə yatdım. Hər yerə şikayət edirdim. Axırda məcbur olub Prezident Aparatının qarşısına getdim. Gözlədim. Prezidenti görə bilmədim. Üzümü aşağıdan yuxarı tutub qışqırdım, hay saldım ki, mənim prezidentim, görürsən nələr olur? Mənə yaxınlaşdılar, niyə belə edirsən, soruşdular. Hər şeyi danışdım. "Get, arxayın ol, sənin evini əlində heç kəs ala bilməz",- dedilər. Qayıtdım Zərdaba. Dedilər, yaxşı, get hələlik yaşa orda, amma gec-tez çıxacaqsan ordan. Əmlakımı geri istədim. Vermədilər. Getdim məhkəmə icraçısı Vasif Məhəmmədəliyevin yanına, paltar-palazımı almağa. Vermədi: "Lütvəli müəllim desin, sonra",- dedi. Dedim, a kişi, mən prezidentə, İlham Əliyevə demişəm e!.. Qayıtdı ki, o sənin prezidentindir, qoy sənə kömək eləsin, mənim prezidentim də, baş nazirim də, polisim də Lütvəli müəllimdir. Adil Nuralıyev həyətə gəldi, "tərslik eləmə,- dedi.- Sənin oğlunu öldürüb sənə gözdağı vermək, ürəyini partlatmaq istəyənlər var bu məsələyə görə. Qarşılarını güclə alıram".

Ramil Usubov: "Bunlar qudurub deyəsən!"

Bundan sonra MTN-ə, DİN-nə teleqram vurdum ki, özümün və oğlumun təhlükəsizliyini təmin etsinlər. Səhəri rayon polisinin rəisi mənim ardımca gəldi. İfadə verdim. Məni düz Bakıya, DİN-ə gətirdi. Ramil Usubov özü qəbul etdi məni. Dinlədi, bunlar qudurub deyəsən, dedi və otaqdakı Cavanşir Məmmədov adlı polisə, deyəsən general idi o da, dedi ki, mənim adımdan zəng elə ki, camaatı incitməsinlər. Bu yaxınların söhbətidi bu. Dörd aydı məni söymürlər, təhqir etmirlər, amma evimi də özümə qaytarmırlar. Rayon İcra Hakimiyyətini məhkəməyə verdim. Sındırılmış mebellərimə, bit-birə basmış yorğan döşəyimə, paltar-palazıma görə 20.000 manat təzminat istədim. İndi də İcranın hüquqşünası, Lütvəlinin qohumu Xəzri Babayev mənə rahatlıq vermir. "Gəl zir-zibilini apar, iddianı geri götür",- deyir. Dörd il qarajda zay olan əmlakı mən necə götürüm? Sındırıblar, cırıblar. Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim mənim xeyrimə danışsa da, icranın nümayəndəsini haqsızlıqda ittiham etsə də qərarı onların xeyrinə çıxartdı.

Məmur zülmündən solan talelər

Mən yenə də mübarizə aparıram, amma birotaqlıda yaşayan o biri gəlin dözə bilmədi. Ürəyi partladı öldü. Hələ binəvanın qırxı çıxmayıb. Avqustun 30-da icra başçısının qəbulunda oldum. "Evimi əlimdən alırsız, yoldaşım rayon polis şöbəsində pasport masa idarəsinin rəisi idi, şərləyib işdən qovdurduz. Ailəm məni atdı. Sənə görə işimdən oldum,- dedim. - Oğlum hərbi xidmətdədi, özü də bu yaxınlarda nümunəvi əsgər olduğu və yaxşı xidmətinə görə prezident tərəfindən medalla təltif olunub. Heç olmasa mənə bir iş verin işləyim".

İnanmazsız, o boyda kişi qəbuldakı adamların və rayon rəhbərliyində qəbulda olanların yanında məni ələ saldı, təhqir etdi: "Sən nə vaxt mənimlə razılaşsan, sənə iş verərəm, məndən yuxarılara şikayət etmisən",- dedi. Bu adamdan nə gözləyək axı?"

***

Kisərən xanımın dediklərini dəqiqləşdirmək üçün Zərdab İcra hakimiyyəti ilə əlaqə saxladıq. Başçıyla, köməkçisilə görüşümüz mümkün olmadı.

Tarix
2013.10.19 / 15:25
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Kürdlər Urmiyada qız məktəbinə hücum etdi – Video

Bakıdan Kiyevə avtobus reysi açılır

Qaçan məhbusların tutulması üçün xüsusi postlar quruldu

Havanın temperaturu yenə qalxır - Proqnoz

3 meksikalı deputat Azərbaycan qanunlarını pozdu

Azərbaycanlı qanuni oğru Tiflisdə tutuldu – Rəsmi

“Azəravtoyol” yollarda sürüşməni aktivləşdirir? – Cavab

"Tərtərin Fitnəsi" türk mediasında - Video

Bakı CNN-in aparıcısını qara siyahıya salır

Azərbaycana metadon məhlulu keçirmək istəyən şəxs tutuldu

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla