Yuxarı

Rusiyadan Azərbaycana böyük köç başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fərəc Quliyev Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtdığını bildirib.

Axar.az xəbər verir ki, deputat xeyli işsiz kütlənin Azərbaycanda çətinlik yaratmaması üçün fond yaradılmasını təklif edib:

"Bilirsiniz ki, Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır. Onlara dövlətin dəstək çıxması və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir fond yaratmaq mümkündür".

Ölkəyə qayıdan soydaşlarımızın qeydiyyata alınması və digər sənəd işlərinin müvafiq strukturlara həvalə ediləcəyini deyən millət vəkili onlara dövlət dəstəyinin vacib olduğunu bildirib:

"Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan Fonda təqdim edərək həm oz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar. Bu, əyalət siyasəti, qeyri-neft sektorunun inkişafına ciddi təkan olar. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də qanunların icrasına ciddi nəzarət olunmalıdır. Dövlət-sahibkar münasibəti istiqamətində müəyyən müsbət işlər görülübdür. Məsələn, sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 milyon manat vəsait nəzərdə tutulub. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib. Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya xeyli dəyişər".

Tarix
2014.12.17 / 00:18
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla