Yuxarı

Səlim Müslümovun işçiləri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Azərbaycan Respublikası Baş prokurorluğundan Axar.az-a verilən məlumata görə, Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin tələblərinə zidd olaraq sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə külli miqdarda törədilməklə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.12.17 / 11:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla