Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2018


Ekstransensdən 5 məşhur haqda şok - Öngörü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstrasens Aqil Məhərrəmov Azərbaycanın 5 sənətçisi ilə bağlı proqnozlarını təqdim edib.

Axar.az xəbər verir ki, ekstrasens öngörülərini bu cür bildirib:

Xalq artisti Firəngiz Mütəllimova haqda:

- Məlumatım var ki, Firəngiz xanımın səhhəti ilə bağlı bəzi problemləri var. Firəngiz xanıma bu gündən sonra ölüm qorxusu yoxdur. Səhhəti yaxşılaşmağa doğru gedir. Firəngiz xanıma bu il cadu ediblər. Ancaq cadu öz təsirini çox güclü göstərib, indi isə sakitləşməyə doğrudur. Hazırda gərgindir, maddi vəziyyəti o qədər də yaxşı deyil. Onu iki kişi, bir qadın qüvvə qoruyur. Səyahət gözlənilir. İstəməyəcək getsin, amma mən məsləhət görürəm ki, getsin. Gələn il kariyerasında çox uğurlu olacaq. Sağlığı ilə bağlı da problemi olmayacaq.

Xalq artisti Məleykə Əsədova haqda:

- Məleykə xanım üçün bu yaxınlarda yaxşı bir şey görmürəm. Ailəsi və ya evi ilə bağlı bərk narahatlıq görürəm. Məleykə xanım görücü yanında olub və təmizlənib. Bir müddət əvvəl baxanda isə Məleykə xanımda çoxlu cadu görmüşdüm və həmin cadular hətta qızı Gülərə də təsir edirdi. Məleykə xanımda cadu olmasa da, kimdənsə asılıdır. Düzdür, yenə çıxıb, təkzib edəcəklər, amma gördüklərimi deyirəm. Gələn il Məleykə xanımın həyatında təmtəraqlı dəyişiklik olacaq. Məleykə xanımın indi həyatında olan, ona arxa duran şəxs daimi deyil, ancaq gələn il qarşısına çox güclü şəxs çıxacaq. Qızı barədə çox balacadır deyə, heç nə demək istəmirəm. Ancaq onu deyim ki, Gülər böyüyəndə eynisilə Məleykə xanım olacaq, hətta taleləri də çox bənzərdir. İstəməzdim bunu deyim, ancaq elə görürəm.

Əməkdar artist Dilarə Əliyeva haqda:

- Dilarə xanımın həyatında sakitlik, durğunluq görürəm. O, bu yaxınlarda başa düşüb ki, vaxtilə əldə etdiyi uğurları indi əldə edə bilmir. İşlərində qarışıqlıq görürəm. Gələn il xarici ölkədə Azərbaycanı təmsil edəcək. Planları hazırda arxa plana keçib. Orqanizimdə problemləri çoxdur. Yeni layihəsi digər layihə ilə əvəzlənəcək. İndiki layihəsi elə uğurlu deyil. Tezliklə yeni layihəsi ilə tamaşaçıları sevindirəcək və həmin layihə daha uğurlu olacaq. Şəxsi həyatında dəyişiklik görmürəm, indi bir az düzəlib. Oqtay bəylə iç dünyaları demək olar eynidir. Dilarə xanıma Xalq artisti adı gələn il verilməyəcək.

Əməkdar artist Vəfa Zeynalova haqda:

- Vəfa Zeynalovaya bir məsləhət verərdim ki, mütləq və mütləq baş-beyin həkiminə müraciət etsin. Vəfa xanımda onu tərk etməyən baş ağrıları görürəm. Beyin, baş yorğundur, əsəbidir. Vəfa xanımda çox güclü cadu var. Cadunu edən həyat yoldaşı tərəfdəndir, bir qadındır. Ailələrinin dağılmasını istəyir. Vəfa xanım çox qabağa gedə bilmir. Əsəb sistemi də çox gərgindir. Vəfa xanım şəxsi həyatından narazıdır. Həyat yoldaşı ilə arası soyuqdur, o qədər də göründüyü kimi deyil. Aralarında inciklik görürəm. Vəfa xanım qapalı insandır. Sənəd işlərində problem ola bilər. Xalq artisti adı hələlik almayacaq, amma xarici ölkədən ona uğurlu təklif gələcək".

Əməkdar artist Hüsniyyə Mürvətova haqda:

- Hazırda asılılıq vəziyyətindədir. Sevinc dolu həyat gözləyir onu. Bir insan ona həyatda istədiyi hər şeyi verəcək, amma Hüsniyyə xanım həmin şəxsdən asılı olacaq. Bəli, həmin şəxsi əks cins kimi görürəm. Çox imkanlı şəxs görürəm, ola bilər, dövlət işində işləyən biri olsun. Amma yaşda Hüsniyyə xanımdan böyük olacaq. Uğur çarxı Hüsniyyə xanım tərəfə çox ciddi dönüş edir. Ola bilər, gələn il ailə qurmasın, amma həyatında biri olacaq. Daha sonra səyahətə gedəcək. Gələn il sevgi dolu bir il olacaq Hüsniyyə xanım üçün, ancaq ikinci övlad görmürəm. Bir dəfə ailəli olub, bir oğlu var, cadusu yoxdu, təmizlənib. Avtomobilini dəyişəcək və ona yaxşı pullar gələcək. Amma əsəblərindən muğayat olsun. İki nəfər (biri qadın, biri kişi - red) Hüsniyyə xanıma zərbə vurmaq istəyəcək. Həmin kəslər Hüsniyyə xanımla bir yerdə çalışırlar. Gələn il Hüsniyyə xanımı şəxsi evində görürəm, amma indi şəxsi evində yaşamır. Hüsniyyə xanıma gələn il Xalq artisti adı verilməyəcək. Amma kariyerasında çox uğurlar qazanacaq. Gələn il atdığı hər addım uğur dolu olacaq. Xalq artisti adını da alacaq, amma gələn il yox. Çox az qalıb.

Tarix
2014.12.17 / 14:04
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanda manyak: polis hər yerdə onu axtarır - Foto

SSRİ-nin qoşun hissələri Bakıya yeridilib - Polkovnik

Gömrükçülər 20 Yanvar şəhidlərini yad etdilər

20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır - Özoral

Ermənilər Qazaxı atəşə tutdu - Rəsmi

Bakıda maşın oğruları tutuldu

Sülh Platformasından 20 Yanvar ilə bağlı - Bəyanat

Göyçayda torpaq uçqunu: fəhlə öldü

Bakıda 1,3 milyona obyekt satılır - Foto

Ucarda ağır cinayət: Ata və oğlu bıçaqlandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla