Yuxarı

Azərbaycanda sığorta agentlərinin "qara siyahı"sı hazırlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə fəaliyyət göstərən etibarsız sığorta agentlərinin siyahısını hazırlayır.

Report-un verdiyi xəbərə görə, bu barədə ASA-nın sədri Orxan Bayramov məlumat verib.

O.Bayramov bildirib ki, həmin siyahıda borcu olan, oğurluq və yaxud da sübuta yetirilmiş başqa problemi olan agent haqqında məlumatlar yerləşdiriləcək. Onun sözlərinə görə, həmin informasiya yalnız şirkətlər üçün açıq olacaq.

"Gələcəkdə dövlətlə müzakirələr aparmağı planlaşdırırıq ki, "qara siyahı"da olan agentlərə iki dəfə xəbərdarlıqdan sonra lisenziyanın geri çağırılması mümkün olsun", - deyə ASA rəhbəri vurğulayıb.

O.Bayramov əlavə edib ki, "qara siyahı"nın artıq gələn həftənin sonuna kimi hazırlanması gözlənilir. Həmçinin, gələcəkdə sığorta bazarında risk daşıyan müştərilərin də analoji siyahısının hazırlanması mümkündür.

Qeyd edək ki, 2015-ci ildən etibarən ölkədəki sığorta agentləri lisenziyasını hər 3 ildən bir yeniləməli olacaqlar.

Tarix
2014.12.18 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla