Yuxarı

Fond daha iki akademiya ilə əməkdaşlıq edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu həftə daha iki ali məktəbdə görüş keçirib.

Fondun İnformasiya Təminatı sektorundan Axar.az-a verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları dekabrın 16-sı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olublar. Akademiyanın rektoru, akademik Ömər Eldarov və prorektoru, professor Fuad Salayevin iştirakı ilə keçirilən görüşdə ali təhsil ocağının kollektivinə Fondun fəaliyyəti barədə geniş məlumat verilib.

Rəssamlıq Akademiyasının müəllim və tələbələrini Fondla əməkdaşlığa dəvət edən O.Səmədov bildirib ki, rəssamların cəlb olunacağı layihələr yaradıcı mahiyyəti ilə fərqlənir. Bu isə maarifləndirmə işində vacib amildir.

Ö.Eldarov rəhbərlik etdiyi Akademiyanın Bilik Fondu ilə əməkdaşlığa hazır olduğunu deyib, yaxın vaxtlarda konkret layihəyələrə başlamağın vacibliyini vurğulayıb.

Növbəti görüş Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutub. Dekabrın 18-i Bilik Fondunun Aparat rəhbəri Rəfail Həsənov və əməkdaşlar Akademiyanın kollektivi ilə görüşüblər.

Rəhbərlik etdiyi ali məktəbin qonağı olduğuna görə Bilik Fonduna minnətdarlığını bildirən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov müəllim və tələbələrin sosial layihələrdə aktiv iştirak etməyə hazır olduğunu bildirib.

R.Həsənov Fondun məhz bu yönümlü layihələrə üstünlük verdiyini deyib və bugünə qədər görülən işlərdən danışıb.

Tarix
2014.12.18 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla