Yuxarı

“Oskar” Azərbaycan və Türkiyə üçün “Qış yuxusu” oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli rejissor Nuri Bilgə Ceylanın "Qış yuxu" filmi 87-ci "Oskar" mükafatını ala bilməyəcək.

Axar.az xəbər verir ki, 87-ci "Oskar" mükafatına uğrunda yarışacaq 9 xarici filmin adı Los-Ancelesdə açıqlanıb.

Açıqlanan adlar arasında "Ən yaxşı xarici film" nominasiyası üzrə namizəd göstərilən Nuri Bilgə Ceylanın Kann Film Festivalında "Qızıl Palma" sahibi "Qış yuxusu" filmi olmayıb.

Xarici filmlər "Oskar"a oktyabrın 1-15-i tarixləri arası təqdim edilmişdi.

"Oskar"da "Ən yaxşı xarici film" nominasiyasında yarışacaq filmlər aşağıdakılardır:

1. "Ağrılı talelər" – rejissor Demian Szifron (Argentina)

2. "Tanqerines" – rejissor Zaza Uruşadze (Estoniya)

3. "Qarğıdalı adası" – rejissor Corc Ovaşvili (Gürcüstan)

4."Timbuktu" – rejissor Əbdürrəhman Sissako (Mavritaniya)

5. "Müttəhim" – rejissor Paula van der Oest (Niderland)

6. "İda" – rejissor Pavel Pavlikovski (Polşa)

7. "Leviafanı" – rejissor Andrey Zvyaginsev (Rusiya)

8. "Fors Major" – rejissor Ruben Östland (İsveç)

9. "Xilaskar" – rejissor Alberto Arvelo (Venesuela)

"Oskar"da yarışacaq bütün namizədlərin adları yanvarın 5-i Los-Ancelesdə Samuel Qoldvin teatrında canlı olaraq açıqlanacaq.

Qeyd edək ki, "Azərbaycanfilm"dən və Mədəniyyət və Turizm Nazirliyindən hələ heç bir açıqlanma verilməsə də "Oskar" mükafatına təqdim edilən "Nabat" filminin də adı adları açıqlanan xarici filmlərin siyahısında yoxdur.

Xatırladaq ki, 87-ci "Oskar" mükafatları gələn il fevralın 22-də Hollivuddakı Dolbi teatrında keçiriləcək mərasimlə sahiblərinə təqdim ediləcək. Mərasim 22 ölkədə canlı olaraq yayımlanacaq.

Tarix
2014.12.20 / 15:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla