Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Rus maşınlarının kütləvi idxalı problem yaradacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu avtomobilləri alan şəxslər gələcəkdə böyük problemlərlə qarşılaşa bilər".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Rusiyadan ucuz avtomobillərin Azərbaycana axınını şərh edərkən dedi. Ekspertin sözlərinə görə, bu axın ölkəyə əməlli-başlı problem yarada bilər:

"Mövcud problemlə bağlı qaydalar dəyişir. "Avro-3" standartlarına keçid baş verdi. Rusiyada istehsal olunan avtomobillərin heç də hamısı bu standartlara cavab vermir. Ona görə də müəyyən dərəcədə məhdudiyyətlər var. Sadəcə olaraq qiymətlər rubl ilə olduğu üçün, əsasən də son model "Lada" markalı avtomobillər dolların indiki kursunu nəzərə alsaq, çox ucuz başa gəlir və Azərbaycan alıcılarının bir qismi Rusiyadan avtomobil gətirməyə üstünlük verir".

Şimal qonşumuzda yanvarın 1-dən avtomobil qiymətlərində 20-25 fazi bahalaşma olacağını deyən ekspert bunun ölkəyə gətirilən avtomobillərə də təsir edəcəyini dedi: "Artıq yanvarın 1-dən Rusiya avtomobil istehsalçıları qiyməti ən azı 20-25 faiz bahalaşdıracaq. Əgər bu baş verərsə, Rusiya bazarının özündə belə avtomobil qiyməti kəskin artacaq və istər-istəməz bu, Azərbaycan istehlakçısının marağını azaldacaq. Biz yanvar ayından etibarən indiki axını görməyəcəyik. Azərbaycan hər halda o standartları əlində rəhbər tutaraq elə etməlidir ki, özünün qəbul etdiyi standartlardan aşağı olan avtomobillərin daxili bazara girişinə imkan verməsin. Bu ekoloji və tıxac probleminin bir az da artmasına gətirib çıxara bilər. Eyni zamanda, indiki avtomobil parkının böyük əksəriyyətini Avropa, Koreya və Yaponiya avtomobilləri təşkil edir. Rus avtomobilləri ölkəyə kütləvi axın ilə dominant rolunu ələ ala bilər. Yenidən Rusiya avtomobillərinin dominant olmasına imkan vermək düzgün olmazdı. Çünki bu avtomobillərin ölkə bazarında dominant olması gələcəkdə onların təmiri üçün Rusiyadan daha çox ehtiyat hissələrinin gətirilməsi deməkdir. Bu, ilk növbədə maliyyə axınıdır. Bundan başqa, ölkədə bu avtomobilləri alan şəxslər gələcəkdə böyük problemlərlə qarşılaşa bilər. Gələcəkdə rublun dollara nisbətən hansı kursda olmasını indidən demək çox çətindir və demək olar ki, getdikcə oynaq kursun şahidi olacağıq. Uzun müddət rublun dayanıqlı və tənzimlənmiş bir kursunun olması ehtimalı çox aşağıdır. Ona görə də gələcəkdə rublun oynaq kursu ehtiyat hissələrinin qiymətinə də təsirsiz ötüşməyəcək. Qiymətlərin tez-tez oynaması həm biznes üçün, həm də müştərilər üçün heç də komfortlu şərait yaratmayacaq".

Problemin administrativ yolla həllinin qeyri-mümkün olduğunu deyən N.Cəfərli yeganə çıxış yolunu gömrük rüsumlarının qaldırılmasında görür:

"Problemi administrativ yolla həll etmək çox çətindir. İkinci ən optimal yol gömrük rüsumları ilə tənzimlənmədir. Əgər Azərbaycan hökuməti hiss etsə ki, bu addım ölkədə müəyyən problemlər yarada bilər, onda Rusiya istehsalı olan avtomobillərin gömrük rüsumlarını müəyyən dərəcədə qaldırmaqla bazarı tənzimləyə bilər".

Xatırladaq ki, son həftələr Rusiyada rublun məzənnədən düşməsi bu ölkədə rublla satılan avtomobillərin qiymətinə də ciddi təsir edib. Ucuzlaşmadan istifadə edən Azərbaycan vətəndaşları isə Rusiya maşınlarını kütləvi olaraq ölkə bazarına daşıyırlar.

Tarix
2014.12.23 / 09:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
loading...
Digər xəbərlər

Kiyevdə əməliyyat: Azərbaycan diasporunun üzvü azad edildi

Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak edirlər

“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

Şamaxıda püskürən vulkan söndü

Məmmədyarov fransalı nazirlə görüşdü

AzTU-da açıq qapı günü: valideynlər imtahanda

Alpinistlərin axtarışına Türkiyə də qoşuldu

Başçının səhhəti ilə bağlı açıqlama qadağası

Gənc əsgərlər hərbi hissələrə qəbul olundu - Video

Sumqayıtın məşhur şadlıq sarayı satışa çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla