Yuxarı

Salyanda dəhşətli qəza: 2 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində - Salyan rayonu ərazisində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi "Tayota-Prado" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2106"-da olan sərnişinlər - Salyan rayonu Xalac kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüb.

"VAZ 2106"-nın sürücüsü ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2014.12.23 / 09:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla