Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2018


Azərbaycanda elektron imzaların tətbiqi asanlaşacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları üçün elektron-rəqəmli imzaların dəyəri xeyli aşağı salınacaq.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, əsas məqsəd elektron imza sahiblərinin sayının xeyli artırılmasıdır ki, bu da öz növbəsində əhali üçün elektron imzalardan istifadəni asanlaşdırmağa yardım edir: "Bu il rəqəmli imzanın dəyəri iki dəfədən çox aşağı salınıb. Şübhəsiz ki, vətəndaşlar üçün elektron imzaların dəyəri ən minimal səviyyəyədək aşağı salınıb ki, bunu hələlik digər istifadəçi kateqoriyaları barədə demək olmaz".

Mənbə son vaxtlar əhali arasında banklar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə ninböyük populyarlıq qazandığını qeyd edib: "Söhbət kredit almaq üçün tələb olunan iş yerləri, əməkhaqqı barədə elektron ərizələrdən gedir. Hazırda xidmətdən "Elektron hökumət" portalında istifadə etmək mümkündür".

Onun sözlərinə görə, ölkə bankları, həmçinin elektron imzaların bank kartlarına inteqrasiyası imkanlarını nəzərdən keçirir. Bu, kifayət qədər mürəkkəb prosesdir. Çünki bankların istifadə etdikləri kartların parametrləri müəyyən tələblərə cavab verməlidir və kriptoqrafik funksiyalara malik olmalıdır: "Bu gün həmin məsələ gündəlikdədir və bu istiqamətdə iş aparılır. O cümlədən, bu layihənin reallaşdırılması üçün başqa texniki məsələləri də həll etmək vacibdir".

Praktikada elektron imzaların bank ödəniş kartlarına inteqrasiyası mümkündür, çünki istifadə olunan kartlarda çiplər çoxfunksiyalıdır və onlarda kart məlumatları ilə yanaşı, başqa müxtəlif proqramlar da saxlana bilər.

Tarix
2014.12.23 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Zəif nəticə göstərən abituriyentlər belə məhv edilir

Sosial şəbəkələrdə avtoşluq təbliğ edilir - Video

Şəhidimiz dəfn edildi - Yeniləndi

Goranboyda ilkə imza atan abituriyent danışdı

Bakı metrosundan 6 ayda 118 milyon adam istifadə edib

Bakıda velosiped oğrusu tutuldu

İran üçün minlərlə şəhid vermişik, amma… - Qazipur

Polis oğru yeniyetmələri saxladı

Lənkəranda avtomobil körpüdən aşdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla