Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Pensiyaçıların sosial müdafiəsi gücləndirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi ölkəmizdə davamlı makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir.

Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsi ilə bağlı açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

DSMF sədri məlumat verib ki, Fondun 2015-ci il üçün büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 mlrd. 56 milyon 285 min manat səviyyəsində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.

Bildirilib ki, xərclərin qeyd edilən artımı əmək pensiyası üzrə 121,9 milyon manat, müavinətlər üzrə 5,5 milyon manat və digər xərclər üzrə isə 0,4 milyon manat təşkil edir. Fondun büdcəsinin gəlirlər hissəsindəki dəyişikliklər isə məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə 169,8 milyon manat artımdan və dövlət büdcəsinin transferti üzrə 42 milyon manat məbləğində azalmadan ibarətdir. E.Mehdiyev bu əsasda Fondun 2015-ci il üçün büdcəsində nəzərdə tutulan xərclər üzrə artımın və dövlət büdcəsi transferti üzrə azalmanın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını diqqətə çatdırıb.

E.Mehdiyev vurğulayıb ki, Fondun növbəti il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcəkdir.

DSMF sədri Fondun 2015-ci ildə qeyri-büdcə üzrə gəlirlərinin artımının xüsusilə hədəfə alındığını qeyd edərək, həmin sahədən daxilolmalar üzrə cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımın nəzərdə tutulduğunu bildirib. Bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacağı vurğulanıb.

DSMF-nin 2015-ci il üçün xərclərinin 97,8%-i və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4%-ni və ya 2 milyard 910,5 milyon manatını pensiya xərcləri, 2,6%-ni və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir.

Fond sədrinin sözlərinə görə, 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin ödənilməsi üçün nəzərdə tutulan məbləğ 1 mlrd. 374 milyon manat təşkil etməklə cari ilə nisbətən 8,2% və ya 103,9 milyon manat artıqdır. Bu artım pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, habelə qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 20,0 mln. manat təşkil etməklə cari ilin büdcəsinə nisbətən 0,7 mln. manat artıq nəzərdə tutulur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər isə 19,1 mln. manat təşkil edəcəkdir. DSMF-nin aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 2015-ci il üçün 26,2 mln. manat təşkil edəcəkdir.

2015-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 40 min manat, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üzrə tədbirlər planının icrası ilə bağlı 1,5 mln. manat məbləğində vəsait büdcədə nəzərdə tutulur.

Sonda E.Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcəsinin pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacağını vurğulayaraq qeyd edib ki, bu həmçinin növbəti mərhələdə, yəni 2020-ci ilə qədər olan dövrdə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" na uyğun olaraq müəyyən edilmiş əsas prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaqdır.

Tarix
2014.12.24 / 11:06
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Restoranların iyrənc üzü: Başqalarının artığını...

Bayıl sürüşməsi: son durum açıqlandı

Bakıda yeni yağış-kanalizasiya xətləri çəkilir - Foto

AzerTelekom beynəlxalq sərgidə - Foto

Azərbaycan bu jurnalistləri qara siyahıya salır

Azərbaycanda 5 min eşşək yoxa çıxdı

Daha bir sürüşmə: bu dəfə yol... - Video

Ağacdan yıxıldı, öldü

Gömrükçülər ölkəyə silah gətirən şəxsi tutdular

Köçəri Sumqayıt qətlə yetirildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla